Şrift:
Çinin bank sistemi dünyada liderdir
07.03.2017 [10:20] - İqtisadiyyat
Çinin bank sisteminin həcmi avrozonanın bank sisteminin üstələyərək dünyada lider olub.
Bu barədə "Financial Times"ın hesabatında deyilir. Belə ki, 2008-ci il maliyyə böhranından sonra Çin iqtisadi artımı stimullaşdırmaq üçün bank kreditləşməsinin həcmini artırıb. Bununla da Çindəki bankların məcmu aktivləri 2016-cı ilin sonunda 33 trln. ABŞ dollarına çatıb və 31 trln. dollar həcmi olan avrozona banklarının göstəricisini ötüb. Hesabat dövründə ABŞ bank sisteminin məcmu aktivləri 16 trln., Yaponiyanınki isə 7 trln. dollar təşkil edib.
Qeyd edək ki, Çin bank sisteminin məcmu aktivləri ölkənin ÜDM-i 3,1 dəfə üstələyir. Bu göstərici avrozonada 2,8 dəfə təşkil edir.
Bununla yanaşı, ekspertlər bildirirlər ki, Çinin kreditləşməni artırması ölkənin maliyyə sitemi üçün risklərin yaranmasına gətirib çıxarıb. Nyu-Yorkun "Cornell" universitetinin iqtisadçısı, Esvar Prasada (Eswar Prasad) görə, "Çin bank sisteminin böyüklüyü qururverici bir hadisə deyil. Bu, iqtisadiyyatın həddindən artıq bank kreditlərindən asılılığını göstərir. Bu, həmçinin maliyyə resurslarının qeyri-effektiv bölüşdürülməsini və problemli kreditlərin artmasına gətirib çıxarır."
Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed