Şrift:
Fransanın Lil şəhərində “Azərbaycan günü“ adlı tədbir keçirilib
17.04.2012 [11:59] - Diaspor
Fransanın dördüncü böyük şəhəri hesab edilən Lildə azərbaycanlı tələbə Babək Cəfərov tərəfindən ölkəmizin təbliğinə həsr olunmuş “Azərbaycan günü” adlı tədbir keçirilmişdir.

Fransanın ən mühüm biznes məktəblərindən biri olan İESEG School of Managementin ilk və hələlik yeganə azərbaycanlı tələbəsi olan B. Cəfərov üniversitetdə beynəlxalq biznes ixtisası üzrə magistr təhsili alır. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüdçüsüdür.
Dünyanın müxtəlif ölkələrini təmsil edən tələbə və professorların qatıldıqları tədbir iki hissədən ibarət olmaqla üç saat davam etmişdir.
Rəsmi hissədə qonaqlara Azərbaycanla bağlı videolar göstərilmiş, ölkəmizin tarixi, inkişafı, iqtisadiyyatı, mədəni irsi və müasir incəsənət nümunələri barədə geniş məlumat verilmişdir.
Tədbirin ikinci hissəsində isə ölkəmizin Fransadakı səfirliyinin və ARDNŞ-in dəstəyi ilə iştirakçılara milli mətbəximizin nümunələrindən olan şəkərbura, paxlava, plov, dolma və digər nemətlər təqdim olunmuşdur.
Tədbirin sonunda iştirakçılara ölkəmiz haqqında ingilis və fransız dillərində şap olunmuş məlumat kitabçaları və jurnallar, milli musiqi diskləri və ARDNŞ tərəfindən göndərilən hədiyyələr təqdim edilmişdir.
Bu xəbər oxucular tərəfindən 1608 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed