Şrift:
Azərbaycan və Bolqarıstan futbol federasiyaları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
07.03.2017 [14:40] - İdman
AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev Bolqarıstana səfəri çərçivəsində bu ölkənin futbol federasiyasının prezidenti Borislav Mixaylovla görüşüb.

Görüş zamanı iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, müxtəlif yaş qruplarından ibarət yığma komandaların yoldaşlıq oyunlarının təşkili barədə səmərəli müzakirələr aparılıb.

Rauf Əliyev, həmçinin UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş AFFA-nın baş katibi Elxan Məmmədovun seçki platformasını Bolqarıstan Futbol Federasiyasının rəhbərliyinə təqdim edib.

Qeyd edək ki, Borislav Mixaylov UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin sədri, Futbol Komitəsinin sədr müavinidir.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed