Şrift:
Aleksandr Novak: Dünya neft bazarında hələ də problemlər mövcuddur
07.03.2017 [14:44] - İqtisadiyyat
Dünya neft bazarında hələ də problemlər mövcuddur.

Bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

O bildirib ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi sazişə baxmayaraq neft bazarında problemlər mövcuddur. “Biz hazırda bu məsələləri müzakirə edirik. OPEC-lə əldə olunan razılıq bazarda tarazlığın bərpasına yönəlib. Hazırda neftin qiyməti 50-60 dollar/barrel səviyyəsində dəyişir. Cari qiymətlərdə böyük fərqdə dəyişkənlik yoxdur. 2014-cü ildən neftin qiymətinin ucuzlaşması fonunda bu sahəyə investisiyalar dəyəri təxminən 500 milyard dollardan çox azalıb”.

“Neftin qiymətinin aşağı olmasına baxmayaraq, Rusiya son iki il yarım ərzində neft hasilatını artırmağa müvəffəq olub. Rusiyada neftin bir barrelinin istehsalı 10-15 dollara başa gəlir və ölkənin çox çevik vergi siyasəti var”, - deyə nazir bildirib.
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed