Şrift:
Musiqili Teatrda bu həftə altı səhnə əsəri təqdim olunacaq
07.03.2017 [14:45] - Mədəniyyət, Bildiriş
Azərbaycan Dövlət Musiqili Teatrı bu həftə altı səhnə əsəri ilə teatrsevərlərin görüşünə gələcək.

Sənət ocağından bildirilib ki, tamaşaçılar görkəmli bəstəkar Q. Qarayevin musiqiləri əsasında “Mənim günahım”, “Arşın mal alan”, “Qızıl cücə”, “Talelər qovuşanda”, “Bir dayan, canavar!” və “Toya bir gün qalmış” səhnə əsərlərini müvafiq olaraq 8, 10, 11, 12 martda izləyə biləcəklər. Bundan başqa, teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb.

Belə ki, martın 11-də “Qızıl cücə”, martın 12-də isə “Bir dayan, canavar!” əsərləri rusdilli uşaqlar üçün nümayiş olunacaq.

Tamaşaçılar bu səhnə əsərlərində sevimli aktyorları –Xalq artistləri Afaq Bəşirqızı, Şükufə Yusupova, Əməkdar artistlər Novruz Qartal, Emma Məlikova, Əzizağa Əzizov, Svetlana Bulax, Nahidə Orucova, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, İlham Hüseynov, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova və digərlərini görə biləcəklər.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed