Şrift:
“Qərbi Abşeron”da yeni horizontal quyu istismara verilib
09.03.2017 [10:17] - İqtisadiyyat
“Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 30 nömrəli quyu horizontal qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, “Azneft” İstehsalat Birliyi ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində ən son texnika və texnologiyaların istifadəsini uğurla tətbiq edir. Quyu qirməki lay dəstəsindən elektrik dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə 756,9-650,8 metr dərinlik intervalından sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed