09.03.2017 [10:19] - Mədəniyyət
UNESCO-da ənənəvi olaraq hər il Beynəlxalq Qadınlar Günü münasibətilə mədəni tədbirləri keçirilir. Bu ilki bayram tədbirləri çərçivəsində UNESCO katibliyinin qurumun yanında daimi nümayəndəliklərin birgə əməkdaşlığı ilə Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif regional qruplara mənsub 10 ölkənin (Azərbaycan, Belçika, Yunanıstan, Polşa, Honduras, Dominikan Respublikası, Çin, Liberiya, Misir və Tunis) qadın rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunub. Gələcəyimizin formalaşmasında gənc qadınların yaradıcılığı mövzusuna həsr edilən sərgi dünyanın yaradıcı qadınlarının əsərlərini bir araya gətirib.
Sərgidə ölkəmizi gənc rəssam, Azərbaycan Rəssamlar İttifaqı üzvü Cəmalə Rəhmanlı təmsil edib. Onun əsərləri Azərbaycan, Fransa, Türkiyə və digər ölkələrdə tanınmış qalereyalarda nümayiş olunub.
Sərginin açılışında UNESCO baş direktorunun müavini Qetaçyu Enqida bayram münasibətilə qadınları təbrik edib, Beynəlxalq Qadınlar Gününün Birləşmiş Millətlər Təşkilatı tərəfindən hər il qeyd edildiyini xatırladıb. Gender bərabərliyinin BMT-nin fəaliyyətinin əsas prioritetlərindən biri olduğunu, UNESCO-nun da bu məsələyə xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, elm, təhsil və mədəniyyət sahələrində qadınların rolunu xüsusi qeyd edib.
UNESCO-nun bütün sahələrdə çalışan qadınların hüquqlarına önəm verdiyi vurğulanan tədbirdə sərginin əhəmiyyətindən, mədəniyyətlərin yaxınlaşmasında və mədəniyyətlərarası dialoqun inkişafında böyük önəm kəsb etməsindən söz açılıb.
Tədbirdə gənc rəssamların gender bərabərliyi və sosial ədalət mövzusunda fəaliyyətləri yüksək qiymətləndirilib.
Sonra sərgiyə baxış keçirilib.
Cəmalə Rəhmanlının Azərbaycan mədəniyyətinə, Novruz bayramına, Bakı və qadınlara həsr edilmiş əsərləri sərgi iştirakçılarının diqqətini cəlb edib.
Sonda iştirakçılar sərgidə təmsil olunan ölkələrin mətbəx nümunələrinə qonaq ediliblər.
Sərgi martın 16-dək davam edəcək.
Şəhla Ağalarova

Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |