Şrift:
“Sürix protokolları olduğu yerdə durur”
13.10.2011 [10:16] - Xəbərlər
Türkiyə və Ermənistan arasında imzalanmış Sürix protokolları yenidən gündəmə gələ bilərlər. Türkiyənin Avropa Birliyi naziri Egemen Bağışın sözlərindən belə aydın olur.

Avropa Komissiyasının Türkiyə ilə bağlı 2011- ci il İrəliləmə raportunu dəyərləndirmək üçün mətbuat konfransı keçirən Egemen Bağış APA-nın “Əvvəllər Avropa Parlamenti, Avropa Komissiyası, Avropa Birliyi Ermənistan sərhədini açması və qonşu ölkə ilə münasibətləri “normallaşdırması” üçün Türkiyəyə müraciətlər edirdilər. İndi də bu cür müraciətlər olur?” sualına bu şəkildə cavab verib: “Dost və qardaş Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ilə ATƏT-in Minsk qrupu məşğul olmaqdadır. Minsk qrupu Rusiya, ABŞ və Fransa tərəfindən yönləndirilməkdədir. Türkiyə Minsk qrupunun uğur əldə etdiyi bir prosesi görərsə, lazım olan addımı atar. Bunun üçün, hər şeydən əvvəl, Azərbaycanla Ermənistan arasındakı münaqişənin sona çatması və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi lazımdır. Bizə bununla bağlı gələn müraciətlərə də bu cavabı veririk”. APA-nın “2 il əvvəl imzalanmış Sürix protokolları Türkiyə parlamentinin gündəliyindən çıxarılmışdı. Onların aqibəti necə olacaq?” sualına isə nazir “protokollar olduğu yerdə durur” cavabını verib.
Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed