09.03.2017 [14:29] - Mədəniyyət
Xalq Rəssamı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı Nazim Bəykişiyev Dövlət Kino - Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə 41 saxlama vahidi fotosənəd təqdim edib.
Milli Arxiv İdarəsindən bildirilib ki, təqdim olunan fotosənədlər Akademik Milli Dram Teatrında və Dövlət Musiqili Teatrında rəssamın iştirakı ilə hazırlanan tamaşalardakı yaddaqalan anları əks etdirir. Eyni zamanda, fotosənədlər – rəssamın ömür və yaradıcılıq yoluna işıq salır, onun əsərlərini tədqiqatçılara çatdırır.
Hazırda fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa məlumat hazırlanır.
Qeyd edək ki, N.Bəykişiyev Oktay Kazımovun “Qızıl toy”, Emin Sabitoğlunun “Nəğməli könül”, Ramiz Mirişlinin “Qaçırılmış qız”, Hüseyn Cavidin “İblis”, Mir Cəlal Paşayevin “Dirilən adam” və onlarla digər tamaşaların quruluşçu rəssamı kimi tanınır.

Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |