Şrift:
Aprelin 26-28-də Bakıda “Road&Traffic 2017” sərgisi keçiriləcək
09.03.2017 [14:29] - İqtisadiyyat
Aprelin 26-28-də Bakı Ekspo Mərkəzində VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” sərgisi keçiriləcək.

“Iteca Caspian” şirkətində bildirilib ki, “Road&Traffic 2017” sərgisinin məqsədi yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaratmaq, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirməkdir. “Road&Traffic” sərgisi biznes strukturlarının Azərbaycan və region ölkələrinin dövlət yol-nəqliyyat orqanlarının mütəxəssisləri ilə görüşməsi üçün unikal platformadır.

“Road&Traffic” sərgisində Azərbaycan, Almaniya, ABŞ, Rusiya, Türkiyə, Çexiya və digər ölkələri təmsil edən şirkətlər yol-tunel layihələndirməsi və inşaatı üzrə xidmətlər, habelə yol təhlükəsizliyi vasitələri, yol maneələri, yolların işarələnməsi üçün avadanlıqlar, yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri, avtobuslar və bir sıra digər məhsullar təqdim olunacaq. Bu il ilk dəfə olaraq sərgidə Bakı Nəqliyyat Agentliyi də iştirak edəcək.

“Road&Traffic 2017” sərgisi regionun aparıcı yol-inşaat şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşlər keçirmək və Bakı şəhərində, eləcə də Azərbaycanın digər şəhərlərində ictimai nəqliyyatın optimallaşdırılması sahəsində hökumətin cari və gələcək planları ilə tanış olmaq, həmçinin bu layihələrdə iştirak imkanlarını nəzərdən keçirmək üçün ideal şərait yaradacaq. Ənənəvi olaraq, sərgidə yeni məhsullar, o cümlədən yolların işıqlandırılması üçün “Urban” və “Kordoba” məhsulları, eləcə də “Novoplast-praymer” qruntu təqdim olunacaq.

“Road&Traffic” sərgisi XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica” və IV Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017”sərgiləri ilə eyni meydançada keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed