09.03.2017 [14:30] - Gündəm, İqtisadiyyat
Dağıstan ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr inkişaf edir.
Bu sözləri Rusiya Federasiyası Dağıstan Respublikasının sənaye və ticarət naziri Yusup Umavov deyib. “Hazırda İran İslam Respublikası, habelə Azərbaycan Respublikası ilə ticari-iqtisadi əlaqələr daha çox inkişaf edir. Azərbaycan ilə Dağıstan arasında iqtisadi əməkdaşlıq haqqında altı saziş imzalanıb. Bu sazişlərdən birinin çərçivəsində “Ticarət-logistika kompleksinin tikintisi” investisiya layihəsinin həyata keçirilməsinə başlanılıb. Həmçinin keçən il Dağıstanın Xəzər Təbəqə Şüşə Zavodu ilə Azərbaycanın “QLASS HAUS” şirkəti arasında Azərbaycana 5 milyon dollar məbləğində təbəqə şüşənin ixracı barədə saziş imzalanıb”, - deyə Y.Umavov bildirib.
Nazirin sözlərinə görə, keçən il Dağıstanın xarici ticarət dövriyyəsi 252 milyon 600 min dollar olub. Onun 46 milyon 400 min dolları ixracın, 206 milyon 200 min dolları idxalın payına düşüb.

Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |