Şrift:
TRT Avaz Azərbaycan türkcəsində xəbərlərə başladı
17.04.2012 [14:44] - Türk dünyası-Turan
Türk dünyasının ortaq Televiziyası TRT Avaz bir yeniliyə imza atıb.

Türk dünyasının ortaq Televiziyası TRT Avaz bir yeniliyə imza atıb.

TRT-nin Azərbayacan təmsilçiliyindən "Diasporxeber.az"-a verilən məlumata görə, TRT Avaz Azərbaycan türkcəsində xəbərlərə başlayıb. Azərbaycan Xəbər, TRT Avaz kanalında hər gün Bakı vaxtı ilə 19.30-da 10 dəqiqə olmaqla ekranlara gələcək.

Azərbaycan türkcəsində “Xəbərlər”in prodüseri 2006-2009 illəri arasında TRT Bakı nümayəndəliyində müxbir olaraq çalışan Əli Doğandır.
TRT Avazın Azərbaycan türkcəsində xəbərlərini İctimai Televiziyanın diktoru Tamilla Şirinova təqdim edəcək.
Azərbaycan türkcəsində “Xəbərlər”də Türkiyə, Qafqaz, Orta Asiya və dünyada olan maraqlı, aktual xəbərləri izləmək mümkün olacaq.

Qeyd edək ki, kanalda yalnız Türkiyə türkcəsində proqramlar efirə verilirdi.
Bu xəbər oxucular tərəfindən 1256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed