Şrift:
“Layt” neftinin qiyməti dekabrdan indiyədək ilk dəfə 50 dollar/barreldən aşağı düşüb
10.03.2017 [10:10] - İqtisadiyyat
“Layt” markalı xam neftin bir barrelinin qiyməti dekabrdan bu vaxtadək ilk dəfə 50 dollardan aşağı düşüb.

Hazırda “Layt” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında 49,32 dollara, “Brent” neftinin bir barreli isə Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında 52,13 dollara satılır.

Hazırda “Layt” neftinin bir barreli ötən il dekabrın 7-dən bu yana ən aşağı qiymətə satılır. “Layt”ın bir barrelinin qiymətinin ucuzlaşması faiz nisbətində isə keçən ilin fevralından indiyədək ən aşağı göstərici olub.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed