10.03.2017 [10:15] - İqtisadiyyat
“Azəriqaz” İstehsalat Birliyi (İB) fevralda “ASAN xidmət” vasitəsilə 10 mindən çox istehlakçıya xidmət göstərib.
“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Birlik tərəfindən fevral ayı ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Bu ilin fevralında Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN kommunal” mərkəzlərinə, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 10 min 3 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |