Şrift:
Futbol üzrə Azərbaycan millisi 2017-ci ildə ilk oyununu qələbə ilə başa vurub
10.03.2017 [10:16] - Gündəm, İdman
Martın 9-da Doha şəhərindəki Əl-Sədd stadionunda futbol üzrə Azərbaycan milli komandası Qətər yığması ilə yoldaşlıq oyunu keçirib.

Millimizin start heyətində Səlahət Ağayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maqomed Mirzabekov, Tellur Mütəllimov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Ağabala Ramazanov, Namik Ələskərov və Ruslan Qurbanov yer alıblar.

Macarıstanlı baş hakim Ferenc Karakonun idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan Azərbaycan millisi görüşün 52-ci dəqiqəsində istəyinə nail olub. Yoldaşlıq görüşündə hesabı Tərlan Quliyev açıb. Üç dəqiqə sonra Qətər millisi hesaba tarazlıq gətirib – 1:1. Görüşün 63-cü dəqiqəsində millimizin üzvü Araz Abdullayev yığmamızı hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq, oyunda hesab dəyişməyib.

Beləliklə, millimiz 2017-ci ildə keçirdiyi ilk rəsmi oyununda 2:1 hesablı qələbə qazanıb.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed