10.03.2017 [10:17] - İdman
Martın 9-da “Bakı-2017” IV İslam Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlığı ilə 60 ölkədən Bakıda akkreditə olunan 100-dən çox diplomatik nümayəndəliyin rəhbərləri üçün brifinq təşkil edilib.
Brifinqdə diplomatik nümayəndəliklərin təmsilçilərinə Oyunlarda təhlükəsizlik və akkreditasiya məsələlərinə dair yeniliklər barədə məlumat verilib. Bununla yanaşı, diplomatlar gələcəkdə ölkəmizdə keçiriləcək idman yarışları haqqında da məlumatlandırılıblar.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin protokol şöbəsinin direktoru Pol Foster brifinqdə nümayəndələri salamlayaraq, onlara turnir haqqında məlumat verib. O, mayın 12-22-də keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının son yeniliklərindən danışıb: “IV İslam Həmrəyliyi Oyunlarına beynəlxalq aləmdə çox böyük həvəs və maraq olacaq. Məhz bu Oyunlara marağın yaranmasında, onun təbliğində sizin də əməyinizə və dəstəyinizə ehtiyac var. Məhz bu səbəbdən Oyunlarla bağlı məlumatların sizə geniş çatdırılması çox böyük önəm daşıyır.”
Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Milli Olimpiya komitələrinin İslam Həmrəyliyi Oyunlarında oynadığı roldan danışarkən qeyd edib: “Bakı-2017” zamanı ölkəmizə təşrif buyuracaq hər bir idmançı ədalətli oyun nümayiş etdirib, bir-birinə hörmət və dəstək göstərəcək. Biz bir ailə kimi bütün komandaları dəstəkləyəcəyik və hər birinə qələbə qazanmaları üçün uğurlar arzu edirik”.

Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |