10.03.2017 [14:39] - Gündəm, İqtisadiyyat
Azərbaycan ilə Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Bolqarıstanda nəşr olunan "Avropa 2001" jurnalının növbəti sayının Azərbaycana həsr olunması ilə bağlı işlər aparılır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, 1994-cü ildən bolqar dilində nəşr olunan jurnalın məqsədi Avropanın müxtəlif ölkələri, onların iqtisadiyyatı, mədəniyyəti, ənənələri, sosial həyatı barədə geniş oxucu kütləsinə ətraflı məlumat verməkdir. Hər sayı bir ölkəyə həsr olunan jurnalda həmin ölkənin yerli şirkətləri reklam yerləşdirmək imkanı əldə edirlər.
Jurnalda reklam yerləşdirməkdə maraqlı olan sahibkarlar daha ətraflı məlumat almaq üçün qeyd olunan internet səhifəsindən istifadə edə bilərlər: http://www.euro2001.net/.

Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |