Şrift:
Azərbaycanın xarici dövlət borcu 6,913.2 milyon dollar təşkil edib
11.03.2017 [11:01] - Gündəm, İqtisadiyyat
Yanvarın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,913.2 milyon ABŞ dolları (12,241.3 milyon manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 20.4 faiz təşkil edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed