Şrift:
Prezident Babəkin abidəsinin eskizlərini bəyənib
17.04.2012 [16:21] - Sosial
Görkəmli Azərbaycan sərkərdəsi Babəkin Bakıda ucaldılacaq abidəsinin eskizləri hazırdır və prezident İlham Əliyev eskizi bəyənib. Bunu açıqlamasında heykəltəraş Arif Qazıyev deyib.

Arif Qazıyev bildirib ki, abidə üçün paytaxtın Babək prospektinin axırı və digər üç yer ətrafında söhbət gedir: “Abidənin hara qoyulacağına prezident İlham Əliyev qərar verəcək. Abidənin eskizləri hazırdır, prezidentə göstərilib. Dövlət başçısı eskizi bəyənib. Ancaq məsələ burasındadır ki, abidənin qoyulacağı yer hələ məlum deyil. Bu bəlli olduqdan sonra miqyas da bilinəcək və buna uyğun kompozisiya seçiləcək. Model hazırdır. Qəhrəmanlığı ifadə edən bu abidənin layihəsində Babək əlində qılınc təsvir olunub. Babək sərkərdə olub, yəni tək döyüşməyib. Buna görə kompozisiyada xalq nümayəndələrinin təsviri də əksini tapacaq”.
Heykəltəraş ümid edir ki, bu ilin mayında Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı müsabiqəsindən sonra Babəkin abidəsi ilə bağlı məsələlərə aydınlıq gələcək.
Prezident İlham Əliyev Bakıda Babəkin abidəsinin ucaldılmasına 2011-ci il sentyabrın 6-da sərəncam verib.

“Media forum”
Bu xəbər oxucular tərəfindən 1363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed