17.04.2012 [17:50] - Türk dünyası-Turan
Azərbaycan prezidenti İlham Əliyev aprelin 17-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib. DAİM AzərTac-a istinadən verdiyi məlumata görə, görüşdə türkdilli ölkələr arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda daha da möhkəmlənməsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının həyata keçirdiyi tədbirlərin önəmi qeyd olunub. Təşkilatın fəaliyyətinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 1040 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |