11.03.2017 [11:36] - Gündəm, DAVAMın yazıları
Turan İmperiyasının tarixi və mahiyyəti
IV yazı
Faiq Ələkbər
Turanın İrandan qədimliyi mülahizəsini “Avropa mərkəzçiliyə” zərbə sayan qərbçi ideoloqlar bir tərəfdən Turanı Ariyanın aşağı budağı, digər tərəfdən isə türklərin çox sonralar Ön Asiyaya gəlməsini bəyan etməklə çıxış yolu tapmağa çalışmışlar. Bununla da, “Avropa mərkəzçilər” Turana aid əski yerli tayfaları ya zorla Hind-Avropa nəzəriyyəsinə bağlamağa çalışmış, ya da bu baş tutmadıqda onları naməlum tayfalar elan etmişlər. Başqa sözlə, İranlılarla müqayisədə Turanlıların aborigenliyinin daha inandırıcı olduğunu görən “Avropa mərkəzçi”lər, bundan çıxış yolu kimi iki versiyanın üzərində dayanmışlar: 1) Turanlılar Ari/İranın aşağı budağıdır, yəni turanlılar iranlılarla bir yerdə Ön Asiya və Orta Asiyaya gəlmişlər, 2) Sadəcə, çox sonralar Turan adını mənimsəyən Türklərin əsas vətənləri isə Ural-Altay ərazisidir (“Ural-Altay türk ailəsi” nəzəriyyəsi).Antitürk nəzəriyyələri Avropa, “Sovet” və “İran“ ideoloqları birlikdə müdafiə etmiş və əsaslandırmağa çalışmışlar. Əslində burada əsas məqsəd Ön Asiyanın və Orta Asiyanın, bütövlükdə Asiyanın yerli xalqları olan Turanlıları/Türkləri diqqətdən kənarda saxlamaq üçün “Ural-Altay türk ailəsi” nəzəriyyəsinin “Avropa mərkəzçilər” üçün nə dərəcədə əhəmiyyətli olması başa düşüləndir. Çünki həmin yerli etnosların etnik kimliyinə “Ural-Altay türk ailəsi” deyil, “Turan/Türk ailəsi” nəzəriyyəsindən yanaşsaq, o zaman məsələ tamamilə dəyişir.Ümumiyyətlə, hesab edirik ki, Hind-Avropa nəzəriyyəsini əsaslandırmağa çalışan avropalı alimlər öz qədim köklərini, qədim mədəniyyət izlərini araşdırarkən qarşılarına böyük bir Türk-Turan mədəniyyəti çıxmışdı. Bəlkə də, bu qədər böyük və əski bir mədəniyyətlə, o cümlədən Türk dilinin zənginliyi ilə qarşılaşacaqlarını gözləməyən Avropa, Rus alimlərinin əksəriyyəti də çıxış yolunu Türk-Turan mədəniyyətini Hind-Avropa mədəniyyətinin aşağı səviyyəsi kimi elan etməkdə görmüşdülər. Ona görə də, Hind-Avropa mədəniyyətinin böyüklüyünə kölgə sala bilməyəcək “Ural-Altay” nəzəriyyəsini ortaya atmışlar. Onlara “Ural-Altay” nəzəriyyəsinini bir tərəfdən türklərin digər millətlərdən fərqli olaraq aşağı, barbar olmalarını göstərmələri, digər tərəfdən mümkün qədər mədəniyyətlər mərkəzi olan Ön Asiya və Orta Asiyadan uzaq tutmaq üçün lazım idi.
Turan Sivilizasiyasının varlığının etirafı üçün bir tərəfdən dəfələrlə saxtalaşdırılmış dünya tarixini “Avropa mərkəzçilik” konsepsiyasından xilas etmək, digər tərəfdən də həmin konsepsiyanın tərkib hissəsi kimi Hind-Avropa nəzəriyyəsinə uyğun olaraq uydurulmuş “Ural-Altay” nəzəriyyəsinin əsil mahiyyətini ortaya qoymaq lazımdır. Çünki Hind-Avropa nəzəriyyəsinə alternativ ola biləcək “Ural-Altay dil ailəsi” nəzəriyyəsi deyil, “Türk-Turan” ya da “Turan dil ailəsi” nəzəriyyəsidir. “Ural Altay” nəzəriyyəsi dil ailəsi və mədəniyyət, həm də corafiya baxımından “Hind-Avropa” nəzəriyyəsi qarşısında çox cılız və kasıb görünür ki, bunu uyduranların əsas məqsədi də bu olmalı idi. Başqa sözlə, “Ural-Altay” nəzəriyyəsi “Avropa mərkəzçilik” konsepsiyasının maraqlarına xidmət etmək üçün ortaya atılmışdı. Qazaxıstan Türk alimi Oljas Süleymenov “Az-YA” kitabında yazır: “Altay dilləri ailəsi də hind-avropa dil “icmasının” nümunəsi əsasında yaradıldı. Mövcud nəzəriyyəyə görə, müasir hind-avropa və Türk dilləri İsanın zühurundan az əvvəl yaranmışdır!”.
Deməli, ən azı 19-cu əsrdən başlayaraq “Hind-Avropa” nəzəriyyəsini ortaya atanlar, onu əsaslandırarkən özlərinə əsas rəqib olaraq “Turan-Türk” mədəniyyətini görmüşlər. “Türk-Turan”ın daha əski və güclü bir mədəniyyət olması “Avropa mərkəzçilər”ə əl vermədiyi, ancaq onun varlığını tamamilə inkar etmək də zor olduğu üçün, ən məqbul variant olaraq onu Hind-Avropa mədəniyyətinin aşağı qatı elan etdilər. O.Süleymenov yazır: “Türk köçərisi rəsmi elmin (“Avropa mərkəzçilər”in-F.Q.) təsəvvüründə Çin, İran və Ərəb mədəniyyətlərinin əmcəyindən oğruluqla süd əmmiş Əbədi Vəhşi obrazında qaldı. Türk yazısının tələm-tələsik, müqayisə və araşdırma aparmadan iranlılardan götürülmə olduğunu elan etdilər”. Halbuki Turan mədəniyyətindən qidalanan Çin, İran və Ərəb mədəniyyətləri olmuşlar. Bu baxımdan Süleymenovla tamamilə razılaşırıq ki, “nə vaxta qədər ki, hindavropalılar Türk dillərini Hind-Avropa imperiyasının ucqar əyalət şivələri, nə qədər ki, türkoloqların özləri dayə köməyi olmadan şalvarlarını əyinlərində saxlaya bilmirlər və öz möhtərəm müəllimlərinin təhqiredici “həqiqətlərini” tutuquşu kimi təkrar edirlər – biz öz evimizdə gözübağlı olacağıq”.
Beləliklə, uydurma “Ural-Altay” deyil, əsil Türk-Turan nəzəriyyəsi imkan verir ki, bu günə qədər “Avropa mərkəzçilər”in Hind-Avropa mədəniyyətinin adına çıxılan, ya da naməlum hesab olunan mədəniyyətlər gün üzünə çıxsınlar. Özəlliklə, “Ural-Altay nəzəriyyəsi”nin mövcudluğu Türklərin Kiçik Asya (Anadolu), Ön Asya (Qafqaz, Azərbaycan), Orta Asya (Türkistan, Tatariya), o cümlədən Avropanın böyük bir hissəsindəki (İtaliya, Bolqarıstan, Macarıstan və b.) tarixi-mədəni varlığını göstərməsinin əsas əngəlidir. Hər halda Şumer, Kuti, Turukki, Manna, Midiya, İş Quz kimi dövlətlərin tarixini və mədəniyyətini “Türk-Turan” nəzəriyyəsiylə əlaqələndirmək daha məntiqlidir, nəinki “Ural-Altay”la. Deməli, “Avropa mərkəzçiliy”in uydurduğu “Ural-Altay” nəzəriyyəsinin gerçək üzü “Türk-Turan” nəzəriyyəsidir. Yalnız Türk-Turan nəzəriyyəsi “Avropa mərkəzçiliy”in irəli sürdüyü Hind-Avropa (Ari) mədəniyyətinə qarşı gerçək bir Türk-Turan mədəniyyəti, ya da Turan Sivilizasiyası ortaya qoya bilər.
Beləliklə, “Avropa mərkəzçilər”in mümkün qədər indiki Azərbaycan və onun ətrafında yaşamış qədim yerli xalqları (kutilər, sular, subarlar, turukkilər, mannalılar) Türk/Turan etnik kimliyindən uzaq tutmaq, bunu əsaslandırmaq üçün də, “Ural-Altay türk ailəsi” teorisini ortaya atmalarını əvvəlcədən düşünülmüş addımlardır. Çünki türklərin əski vətəni “Ural-Altay” elan edilib oradan dünyaya yayıldığı iddia olunursa, o zaman “Turan-Türk dil ailəsi” nəzəriyyəsi diqqətdən kənarda qalır. Ona görə də, “Avropa mərkəzçilər” heç bir elmi əsas olmadan iddia edirlər ki, Orta Asiya və Ön Asiyada əvvəlcə Arilər, yalnız onlardan çox sonra türklər məskunlaşmışlar. Məsələn, Ön Asiyanın, o cümlədən Azərbaycanın yerli tayfalarının türk/turanlı kimliyini «əsaslandırdıqdan» sonra İqrar Əliyev yazırdı ki, m.ö. II minlliyin sonu – I minilliyin əvvəllərində Cənubi Rusiya çöllərindən çıxmış irandilli etnosların şimali-qərbi İran ərazisinə, o cümlədən Cənubi Azərbaycana gəlişlərindən sonra bölgənin etnik-dil mənzərəsi tədricən dəyişməyə başladı. Eyni zamanda “Avropa mərkəzçilər” m.ö. II miniliyin sonu, I minilliyin əvvəllərində və sonrakı yüzilliklərdə Orta Asiyayla Ön Asiya ərazisində mühüm rol oynamış Kimmerleri, İskitləri, Sakaları da bu bölgəyə “gəlmə” etnoslar elan edərək onları da əssasız olaraq iranlı/arilər hesab etmişlər.
Qərbçi alimlərin fikrincə, arilər/iranlılar kimi hind-avropa mənşəli olan midiyalılar, parslar, əfqanlar və başqaları bir çox cəhətlərinə – atdan, süvari qoşunun döyüş arabalarından istifadəyə görə, yerli əhali üzərində üstünlük qazanmış və onların geniş yayılmasına şərait yaranmışdı; bu da həmin ərazinin etnik xəritəsinin dəyişməsinə səbəb olmuşdu. Bununla da çox keçmədən Ön Asiyanın, o cümlədən Azərbaycanın türk olmayan avtoxton-yerli əhalisi – kutilər, lullubilər, hürrilər, kaşşular və başqaları irandilli tayfaların həm etnik, həm də dil baxımından assimilyasiyasına, iranlılaşamağa məruz qalmışlar; “həmin dövrdə təşəkkül tapmaqda olan irandilli xalqlar əsasən assimilyasiyaya uğramış avtoxton əhalinin nəsillərindən ibarət idi». “Avropa mərkəzçilər”in iddiasınca, Mannanın yerli əhalisinin “iranlılaşma”sında öncə madaylar/midiyalılar, parslar daha sonra m.ö. VIII-VII əsrlərdə Ön Asiyaya, o cümlədən Azərbaycana axın edən kimmerilər, iskitlər və saklar da mühüm rol oynamışlar.
Beləliklə, Qərb mərkəzli ideoloqlar XX əsrdə, özəlliklə həmin əsrin ortalarından başlayaraq “dünya tarixşünaslığı”nda belə bir mülahizəni də elmi fikir olaraq ortaya atmışlar ki, Ön Asiyanın və Kiçik Asiyanın əski xalqlarının etnik mənşəyi əsasən naməlumdur ya da Hind-Avropa mənşəlidir, ancaq buraya ilk dəfə köç edən tayfalar isə birmənalı şəkildə hamısı hind-irandilli tayfalar (arilər, midiyalılar, parslar, əfqanlar, kimmerilər, iskitlər vəb.) olmuşlar. Guya, həmin dövrdə yəni irandilli tayfaların, yəni arilərin Midiyada, İranda olduğu dönəmdə isə bu ərazilərdə, türkdilli tayfaların izi-tozu belə olmamışdır. Bunun nəticəsi olaraq SSRİ tarixşünaslığına xidmət edən 1960-ci illərdə nəşr olunan “Azərbaycan tarixi”, 1970-ci illərdə yayımlanan Azərbaycan Sovet Ensiklopediyasında (ASE), olduğu kimi, müstəqillik dönəmində 7 cildlik “Azərbaycan tarixi”ndə yazılır ki, türk dillərindən birində danışan Güney və Quzey Azərbaycan xalqının soykökündə Qafqaz-Hurri mənşəli kutilər, lullubilər, mannalılar, albanlar eləcə də irandilli ya da ari mənşəli midiyalılar ya da midiyalılardan törəmə, irandilli azəri dilində danışan atropatenalılar dayanır.
Gördüyümüz kimi, 7 cildlik “Azərbaycan tarixi”ndə açıq-aşkar “Hind-Avropa” nəzəriyyəsi dəstəklənmiş və bunu akademik Nailə Vəlixanlını özünəməxsus şəkildə belə izah etmişdir. O, yazır ki, Azərbaycan xalqının yerli türk etnosları və qonşu ölkələrdən gəlib burada məskunlaşmış, türk dilində danışan digər tayfaları ilə qaynayıb-qarışmasından yaranması, bu anlamda da Azərbaycan türklərinin erkən dövrdən türk (prototürk, erkən türk) dilində danışması və heç bir başqa xalqdan dönməməsi mülahizəsi inandırcı görünsə də, lakin bu mülahizələr dünya tarixşünaslıq elmində qərarlaşa bilməmişlər. Bu baxımdan N.Vəlixanlı belə bir nəticəyə gəlir ki, Türklərin Azərbaycanın və Ön Asiyanın yerli xalq olması mülahizəsi İ.Dyakonov, Q.Melikişvili, F.Məmmədova, İ.Əliyev və onların başqa həmfikirləri tərəfindən irəli sürülmüş “Azərbaycan xalqının etnogenezində yerli (Qafqaz mənşəli) etnoslarla yanaşı, gəlmə (türkdilli və irandilli) etnoslar da iştirak etmiş, tarixən türkdilli etnoslar böyük üstünlük təşkil edərək e. XI-XII əsrlərində türkdilli Azərbaycan xalqının formalaşmasına gətirib çıxartmışdır” mülahizəsini, yəni «tarixşünaslıqda artıq özünə elmi vətəndaşlıq hüququ qazanmış konsepsiyanı («Avropa mərkəzçiliyi» – F.Q.) tam inkar etmək üçün əsaslı deyil».
Bütün bu antitürkçü mülahizələr “Avropa mərkəzçilik” ideologiyasının maraqları çərçivəsində elmi dövriyyəyə buraxılmışdır ki, indi onu «dünya tarixşünaslığı tərəfindən qəbul edilmiş müddəa» kimi qəbul etmək mənasızdır. Digər tərəfdən, Turanda, Azərbaycanda türklərin aborigen olmasını sübut etmək üçün deyil, tam əksinə türklərin gəlmə olmasını ortaya qoymaq üçün ciddi və sanballı dəlillərə ehtiyac vardır. Əgər bu məsələlərdə söhbət konkret tarixə, elmə hörmətdən və obyektivlikdən gedirsə, birincisi, «Azərbaycan tarixi» kitablarından, elmi-kütləvi ədəbiyyatlardan SSRİ dövründən qalma yad konsepsiyalar çıxarılmalı, yəni Azərbaycan xalqının etnik mənşəyi və dili məsələsinin yadelli alimlərin, tarixçilərin mülahizələrinə, fərziyyələrinə uyğun şəkildə «həll edilməsi»nə son verilməlidir. İkincisi, birdəfəlik anlamaq lazımdır ki, bu «problem» Azərbaycan türk xalqı əsarət altında olduqda ortaya atılıb öz «elmi həlli»ni tapmışdırsa, deməli, bu, birmənalı şəkildə saxta yolla, imperiya maraqlarına uyğun şəkildə baş vermişdir.

Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |