Şrift:
Biz Türklərin savaşçı kimliyi
11.03.2017 [11:39] - Xəbərlər, Türkün şanlı tarixi
Aynur TALIBI
İstanbul Sabahattin Zaim Üniversitesi.
Tarix və Mədəniyyət Araştırmaları bölümü.Yüksek Lisans


Türk milləti her zaman öz qəhrəmanlığı və cəsareti ilə nam salmışdır. Bu yazımda sizə tarixdə əski türlərin necə savaşcı olduğunu ,vətən anlayışının bizdəki dəyərini və irqimizdən gələn cəsarətlə günümüzdə düşmana qarşı necə qəhrəmancasına savaşdığımızı xatırlatmağa çalışacağam.
Öncəliklə sizlərə təkrar bildirmək istəyirəm ki,Türk erleri,igidleri ,xanımları, xatunları her biri birər savaşcıdır.Bunu dəfələrlə sübut etmişlərdir. Bu dastanlarımızda, bir çox yazarların əsərlərində xüsusi ilə mövzu edilir.. Hətta digər irqlərin sərgərdələri,ədəbiyyatçıları və səyyahları da bunu qeyd edir.
Qədimdə də Türklərin ən əsas özəlliyi savaşcı kimlikləridir. Bu kimliyi türklərə aid olduğunu başqa irqlərdə təsdiqləyir. Yaşayış tərzləri,coğrafi təsirlər və təcrübələri bu kimliyi qazanmalarında əsas ünsürlər olmuşdur.
Əski türk dastanı olan Dədə Qorqud dastanında Türk mədəniyyət tarixi baxımından ən qiymətli tərərflərindən biri də,alp(savaşcı) tipinin necə yetişdirildiyini göstərən səhnələrin əks etdirilməsidir.Hər mədəniyyət şəkli özünü yaşadacaq insan tiplərini yetişdirir.Bunun üçün bəzi müəssəsələr yaradır.Köçəri toplumlarda bu funksiya(rusca)- işləm örf və adətlər tərəfindən saxlanır.(1)Dədə Qorqud Kitabında da bir gənc alp (savaşcı)da olması gərəkən özəlliklər atasözləri və qəlib ifadələr şəkilində sıralanmışdır. Buna görə alp( Türk savaşcı); təkəbbürlük eyləməməli, gönlünü yücə tutmalı,qara polad öz qılıncını çalmalı, malına qıymalıdır. Ama oğul süfrə çəkməyi atadan görməlidir .Oğul da ata adını yorutmalıdır. Kazılık ata ər minməli,çalup kəsər öz qılıcı ər çalmalıdır .Ərin evinə qonağı gəlməli,ər yalan bilməməlidir.(2)Burda iki cür özəllik diqqət çəkir. Birisi təvazu,dürüstlük,cömərtlik,qonaq sevərlik kimi xarakterlərə dayanan özəlliklərdir ki, bunlar hekayələrdə əsasən “ərdəm” sözü ilə ifadə edilməkdədir. Digəri isə qazılı ata minmə,çapul kəsər öz qılıcı istifadə etmə kimi fiziki özəlliklərdir.Bunlarda “hünər” qavramı altında toplanmaqdadır.Bir birindən ayrılmaz biçimdə qarşımıza çıxan bu özəlliklər,Oğuz alpının “hünərli ” və “ərdəmli” olması gərəkdiyi sonucunu ortaya qoymaqdadır.(3)

Türk milləti hər zaman özünə məxsus bir savaş mədəniyyət meydana gətirmişdir.Qurduğları ordular istifadə etdikləri silahlar daima digər qövmlərə örnək təşkil etmişdir.Qədimdə də irqimizin yaşadığı dönəmdə özləri ilə boy ölçəbiləcək yetənəkdə və texnalogiyada ordu anlayışının olmaması uzun zaman əsgəri zəfərlərinin daimi olmasına səbəb olmuşdur.Həm də bu zəfərlərin əsası güclü hərb startejilərinə sahib olmamız olmuşdur.Eski türklərdə ordu xalqdır,xalq ordudur.türklərdə əsgərlik məslək deyil,bünyədə olması gərəkən bir xüsusiyyət olmuşdur.(4).Qeyd etdiyimiz kimi qədim türklərdə ordu,toplumun digər kəsimlərindən ayrı düşünülməyən qurumdur.Tarixə səhnə olan bir çox savaşda millət tək vücud halında savaşar ,düşmanı dəf edər ve sonra günlük həyatlarına davam edərlərdi(5)Türklər əsgərliyi və savaşmağı müqəddəs saymışdır. Türklərdə ordudan qaçanların və vətənə xəyanət edənlərin cəzası ölümdür.Ancaq savaşın məşru olmadığı barış hallarında qılınc çəkən ölüm ilə cəzalandırılmışdır.(6)Qədimdə Türklərin digər ordulardan fərqli olaraq 3 yön təsbit edilmişdir :Türk odusu ücrətli deyildir,Türk ordusu daimidir,Türk ordusunun təməli süvarilərdən təşkil edilir.(7)
Sizlərlə qədimdə irqimizin savaşcı kişiliyindən və ordunun necə bir qurum olduğundan qısaca bəhs etdim.Bəs Türklər niyə? və nə üçün? savaşarlardı .Cavab olaraq: “vətən,yurd,millət və namus üçün savaşirlar” deyə ağlınızdan keçirdiyinizi bilirəm və bu belədir. Bizdə Vətən ,yurd və toprağ anlayışı digər irqlərə görə fərqlidir və qədimdə də fərqli olmuşdur . Bizlər üçün vətən yəni yurd müqəddəsdir, uğruna ölünür və öldurulur.Vətən torpağı satılmaz və hədiyyə edilməz.Bizlər tarix boyu vətənimiz üçün savaşmışıq.Bizə vətən ,yurd,toprağ sevgisi atalarımızdan qalmışdır. Nece ki,Mete xan ondan torpaq istəyən çinlilərə cavabında “torpağ vətənin malıdır və dövlətin malı başqasına verilməz”. Yurd əxlaqı qədim Türklərdə çox güclüdür.
” Ey Türk oğlu!Dilinin heç bir sözünü dünyanın heç bir dilinə,bir ovuc torpağını dünyanın heç bir dövlətinə dəyişmə! Onu qoru və gələcək nəsillərə ötür! ” Türk Hökümdarı Şah İsmail Xətai.
Heç bir türk eli və ulusu üçün canını və ən sevdiyi şeyləri fəda etməkdən çəkinməz.(8) Eski Türklər yurdlarına bağlıdırlar.Onlar ancaq hür və müstəqil yaşaya bildiyi torpağı vətən saymağda ( Türk tarixində müxtəlif türk zümrələrinin ayrı vətənləri bundan irəli gəlir) fəqət bu şərtlərin mövcud olmadığı ərazini asan tərk edəbilirlər.(Türklərin köçlərinin digər bir səbəbi).Qısaca Türk kültüründə vətən,Türk tuğlarının və ya bayrağının dalğalandığı yerdir.(9)

Sizlərə digər millətlərdən olan tarixi şəxiyyətlərin biz türklərlə əlaqədar söylədiklərini xatırlatmaq istərdim:
“İnsanları ucaldan iki böyük məziyyət vardır: erkəyin cəsur,qadının namuslu olması.Bu iki məziyyətin yanında həm ərkəyi,həm qadını şərəfləndirən bir məziyyət daha vardır.Bu gərəkdiyində tərəddütsüz canını fəda edəbiləcək qədər vətəninə bağlı olmaq.Türklər bu məziyyətlərə və fəzilətlərə sahib qəhrəmanlardır.Bu səbəbdən Türklər öldürülə bilərlər,lakin məğlubedilə bilməzlər” Napoleon Bonaparte-Fransız İmparatoru.
“Silahlı millətin ən canlı örnəyi Türklərdir.Onlar ata minər kimi oturar,kəşfə yollanan əsgər kimi oyanıq gəzərlər”Moltke(10)
“Türk orduları daha çox savunma məqsədinə yönəlik olur.Ama təbii ki, özlərinində bildikləri və çox zaman etdiklər hücumlara ,basqınlara qarşı hər zaman hazırlıqlı olmuşlar.Ordu surlar arxasında qorunmasa da, çox sayıda gözətləmə və kəşfiyyat qalalarından yararlanmışlardır (11)
“Savaşın zövqünü almaq istəyən hər kəs Türklərlə savaşmalıdır.”La Martine
“Türklər ölməyi bilirlər həm də yaxşı bilirlər.Mən də ölməyi bilən bir millətin yenilməyəcəyini biləcək qədər təcrübəliyəm.Burda heç yoxdan ordular qurmaq və bu orduları ölümə sürükləmək mümkün.Bu imkanlardan bo-bol faydalanıram.Fəqət, meydana gətirdiğim orduları səndələtən bir əngəl var:Türklərin yaşayan xətirələri!Üç-dört yüzil öncə hər qüdrəti və hər milləti yenən Türklər,indi də silinməz xatirələriylə hər təşəbbüsümü səndələtirlər.Həmən hər ürəkdə bu qorxunu sezirəm.Demək ki yalnız Türkləri deyil, onların tarixini də yenmək lazımdır.Bu durumda mən,Türklərin düzinələrlə milləti idarə etmələrindəki sirri də anlayıram.Onlar millətləri bir kərə yenirlər, fəqət qazandıqları zəfərləri ruhlara və nəsillərə nəqş edəbilirlər” M.Montecuccoli (Avusturyalı Komutan).(12)Digər millətlərdən olan insanlar belə etiraf edir türklərin cəsarətini, savaşçılığını və doğuşdan əsgər kökənli olduğunu.Bizlərin tarix boyu hür yaşamaq həyatımızın əsası olmuşdur. Azərbaycan türk yurdumuzun Sovet dönəmində ruslar tərəfindən “xalqların qardaşlığı” adi ilə işğal edildiyi hər birimizə məlumdur.Rusların bu safsatası sadecə xristian qardaşlığı idi. Əks halda bu qardaşlığı Güney Azərbaycandakı Türklərlə və Türkiyəli Türklərlə də qurardıq.Bu siyasətlə biz türklərin milli kimliyini,torpağını.dilini əlimizdən aldılar.Bizim torpağımızda,yurdumuzda qondarma “ermənistan” adlandırdıqları ölkəni yerləşdirdilər. Bu qardaşlıqda sadəcə ermənilər və ruslar qazanclı çıxdılar.Bizlərə tariximizi ,atalarimizi unutdurdular, yurdumuzu öz mülkləri zənn etdilər.Tarixi torpaqlarımızı bizə unutdurmaq istədilər. Bunun səbəbi rusların türklərin tarixini gözəl bilməsi idi.Tarix boyu öncədən DƏ qeyd etdiyim kimi ,türklərdə ordu xalq və xalq ordu idi. “Hər türk əsgər doğular “deyilirdi.Bizlər vətən torpağı üçün ölməyi və öldürməyi gözə alacaq qədər cəsarətliyik. Mustafa Kəmal Atatürkün ” Vətən torpağı müqəddəsdir və qədərinə tərk edilməz” (13)sözləri hər zaman türk milləti üçün əsasdır.Tarix boyu torpağımızda düşmanları yaşatmadıq və yaşatmayacayıq. Allaha c.c sükürlər olsun ki,artıq həm ruhən, həm də düşüncə baxımından özləşmiş ,özümüzə dönmüşük.Türk millətinin vətən sevgisi başqadır.Bizlərdə şəhit olmaq şərəfdir.Bizim analarımız qədimdə övladlarını əsgər göndəriyi zaman əlinə və ya saçının önünə xina çəkərlərdi ki, bu hal Vətən uğrunda şəhit olmalarını gözə aldıqlarına işarə idi .Vətən uğrunda erlərini,oğullarının şəhit olması ,qurban olması analar üçün şərəfli bir hal olmuşdur hər zaman.
“” Bayraqları bayraq yapan üstündəki qandır,Torpaq egər uğrunda ölən varsa vətəndir.” Mithat Cemal Kuntay. Dillər əzbəri olan və hardasa biz türklərin ata sözü ola biləcək bu misralar əslinəd hər şeyi izah edir. Bəli bizim şanlı türk bayrağızımızın üstündə şərəfli şəhidlərimizin qanı var və torpağlarımız onların qanı ilə yoğrulub.Bu bayrağın və torpağın qədrini ,dəyərini bilmək bizim boynumuzun borcudur.Əks halda manqurdlaşmış ,vətən torpağını satan, insanlıqdan nəsibini almamış bir varlıq halına gələrik.Hər birimiz qədimdə olduğu kimi əsgər olmalıyıq ,cinsiyyət fərqi olmadan.Qadınlarımızda savaşmağı öyrənməli türk yurdunun və türk millətinin namusunu şərəfini qorumaqdan geri qalmamalıdır.Unutmayin hər türk əsgər doğular və bu hər daim belə olmalıdır.Bizim bayrağımız da,torpağımız da şanli və dəyərlidir.
Hər bir Azərbaycan Oğuz Türkü müharibə şəraitində yaşadığını unutmamalıdır.Hər ay sərhətdən şəhid xəbərləri gəlir .Biz bir şəhit oluruqsa ,düşmənin 10 əsgərini məhv edirik ,bunu bilirik.Ama unutmayın qanımızın son damlasına qədər savaşmaq bizim həm atalarımıza həm də bu torpağa olan borcumuzdur. Axi bizim yurd əxlaqımız var.Bizlər şanlı türk millətiyik və tarixə nam salmışıq.Bu nama yaraşan cəsarətimizi bütün dünyaya göstərməyin zamanıdır.Nə mutlu türkəm deyənə !Artıq gün Türkün günüdür.
İstifadə edilən mənbələr:
1.KAPLAN, Mehmet (2007), Türk Edebiyatı Üzerinde Araştırmalar 3 – Tip Tahlilleri, Ġstanbul: Dergâh Yayınları.
2.ERGİN, Muharrem (2004), Dede Korkut Kitabı I, Ankara: TDK Yayınları.
3.DUYMAZ, Ali (2000), “Dede Korkut Kitabında Alpların Eğitim ve Geçiş Törenleri”, Uluslararası Dede Korkut Bilgi ġöleni Bildirileri, Ankara: Atatürk Kültür Merkezi BaĢkanlığı Yayınları
4.yenidən ergenkon.com.
5.Ögel, B. (2001). Türk Kültürünün Gelişme Çağları. İstanbul:Türk Dünyası Araştırmaları Vakfı Yayınları.
Vilh. Thomsen : Orhon ve Yenisey Yazıtlarının Çözümü- İlk Bildiri- Çözülmüş Orhon Yazıtları, Ç. Vedat Köken, TDK yay. Ankara 1993.s 67
6.Kafesoğlu, İ. (2011). Türk Milli Kültürü. Ankara:Ötüken Yayıncılık.
7.Gömeç, S. (1997). Kök Türk Tarihi. Ankara:Akçağ Yayınları.
8.GÖKALP, Ziya (2005a). Türkçülüğün Esasları. İstanbul: Akvaryum Yayınevi
9.Dr.prof.İbrahim Kafesoğlu(Türk Milli KÜLTÜRÜ)(Ülke)
10.turkish-media.com.Bilgekagan. Türkler hakkında söylenenler(BENSÖYLEMED..
11.Roux, J.P. (1997). Türklerin Tarihi. İstanbul:Milliyet Yayınları.
12.turkish-media.com.Bilgekagan. Türkler hakkında söylenenler(BENSÖYLEMED
13.DEDE KORKUT HİKÂYELERİNDE SAVAŞÇI EĞİTİMİ Lütfü Kerem BAŞAR
Bu xəbər oxucular tərəfindən 1512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed