13.03.2017 [10:19] - Güney Azərbaycan xəbərləri, Sağlıq
Martın 11-də Güney Azərbaycanın Qəzvin şəhərində sayğac şirkətinin işçiləri maaşlarının gecikdirilməsinə etiraz olaraq Valiliyin binası qarşısında kütləvi aksiya keçiriblər.
Aksiyaya 100 nəfərdən çox işçi qatılıb, onlar istehsal müəssisəsinin bütün işçilərini təmsil etdiklərini bildiriblər.
10 aydır maaş almadıqlarını bildirən işçilər son illərdə sığortalarından istifadə edə bilmədiklərini də vurğulayıblar. Onlar heç bir şüar səsləndirmədən, hansısa plakat qaldırmadan sadəcə yerə boş süfrə açaraq ailələrinin ağır vəziyyətdə yaşadığını bu şəkildə nümayiş etdiriblər.
Sayğac şirkətinin işçiləri bundan öncə də dəfələrlə etiraz aksiyası keçirərək şirkət rəhbərliyindən gecikən maaşlarını tələb ediblər.
Bundan öncə Qəzvin Vilayətinin yerli məsulları sözügedən işçilərə maaşlarının ödəniləcəyinə dair vəd veriblər, lakin keçirilən etiraz aksiyası problemin hələ də həll olunmadığını göstərir.
N.S

Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |