17.04.2012 [18:18] - Güney Azərbaycan xəbərləri
Ölkə rəhbərliyi 30 ildir görünməmiş irimiqyaslı müharibənin başlayacağını da qəbul edir.
İsrailin "Channel 10" telekanalı İrana hücum planının bəzi detallarını (təfərrüatını) açıqlayıb.
GünAz TV mətbuat mərkəzinin “Publika.Az”a istinadən yaydığı məlumata görə, kanal İsrail rəhbərliyinin ordu rəsmiləri ilə həftələrdir müzakirələr apararaq, nüvə müzakirələrində nəticə əldə olunmayacağı təqdirdə İrana qarşı həyata keçirəcəyi hərbi əməliyyat planını ortaya çıxarıb.
Kanalın müxbiri Alon Ben-Devidə görə, İsrail mayın 23-də Bağdadda keçiriləcək müzakirələrin ikinci turuna qədər gözləyəcək. Müzakirələr nəticəsiz başa çatacağı təqdirdə orduya İrana qarşı hücum əmri veriləcək.
Əməliyyatda onlarla hərbi təyyarə, yük təyyarələri, havadan yanacaq verilməsini həyata keçirən tanker təyyarələr, elektron hərbi təyyarələr və xilasedici helikopterlər yer alacaq.
Hava donanmasının (niruye həvayi) ən uzun məsafəli uçuş qabiliyyətinə malik olan F-15 təyyarələri ön cəbhədə yer alacaq.
Hərbi əməliyyatlarda həmçinin, "Eitan" pilotsuz (xələbansız) təyyarələri də iştirak edəcək.
İsrail hökuməti pilotların ailələrini yerləşdirmək üçün bazalardan (payqahlardan) uzaq bir yerdə təhlükəsiz ərazilər də yaradıb.
Kanalın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin İranın bütün nüvə bazalarını yox edə biləcək gücü olmadığına görə, qısa və professional bir hücum planlaşdırılır.
İsrail əməliyyatdan sonra başda Hizbullah olmaqla cavab hücumlarının başlayacağını, ölkənin şimalında 30 ildir görünməmiş irimiqyaslı müharibənin çıxacağını da qəbul edir

Bu xəbər oxucular tərəfindən 1187 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |