13.03.2017 [14:16] - Gündəm, Mədəniyyət
13 dekabr 2014-cü ildə Şamaxıdakı "Məclis məktəbi"nin-indiki Şamaxı Avropa Liseyinin 140 yaşı Şamaxıdakı Mədəniyyət Sarayında yüksək səviyyədə keçirildi.Foyedəki stenddə bu işdə Sizin böyük xidmətləriniz ətraflı işıqlandırılmışdı.Üzrlü səbəblərə görə məclisdə olmasanız da,tədbirin keçirilməsində fəal iştirakınız ziyalılar tərəfindən yüksək qiymətləndirildi.Çox sağ olun.
Mən çox məmnun oldum ki,Şamaxıda-mənim baba yurdumda ağıllı təkliflərə ciddi fikir verilir.Məclis məktəbi babamın və atamın oxuduğu məktəbdir. Məclis məktəbinin yaradıcısı ümummili liderimiz Heydər Əliyevin imzaladığı Sərəncamda adı Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh,Rəşid bəy Əfəndiyev kimi maarifçilərlə yanaşı çəkilən, fəaliyyəti çox yüksək qiymətləndirilən Səid Əfəndi Əbdürrəhman Əfəndi oğlu Ünsizadədir.
S,Ünsizadə (1825-1905) bir neçə dərsliyin müəllifidir.Şamaxıda məktəb açıb.1879-1884-cü illərdə Tiflisdə - xristian şəhərində Azərbaycan dilində "Ziya" ("Ziyayi-Qafqasiyyə" )adlı həftədə bir dəfə qəzet çıxarıb.O, bu fəaliyyətə özündən kiçik qardaşını da, bir neçə qohum-əqrəbasını da cəlb edib.
1883-cü il yanvarın 31-də Tiflisdə Azərbaycan dilində nəşrə başlayan "Kəşkül " jurnalının redaktoru və naşiri onun kiçik qardaşı Cəlal Ünsizadədir. Əslində, bu ideya Ünsizadə qardaşlarının birgə layihəsidir. "Kəçkül " jurnalı 11 nömrədən sonra həftəlik qəzet kimi 1891-ci ilədək nəşr olunmuşdur.
S.Ünsizadə Azərbaycan dilində elmi,elmi-kütləvi,bədii əsərlərin,tərcümə əsərlərinin ,mətbuatın işıq üzünə çıxarılmasına rəvac verən ilk böyük mətbəənin-tipoqrafiyanın yaradıcısıdır.S.Ünsizadənin bu fəaliyyəti "Qafqaz" qəzetində yüksək qiymətləndirilmişdir. S.Ünsizadə 1890-cı illərin əvvəllərində bədxah adamların əlindən qurtarmaq üçün Bakıdan İstanbula köçməli olmuşdur.Xeyirxah adamların, o cümlədən üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Əfəndinin köməyi ilə ahıl yaşlarında İstanbulda maarif və mətbuat sahəsində çalışmışdır.
Bakıda nəşr olunan "Həyat" qəzetinin 5 iyul 1905-ci il tarixli 21-ci nömrəsində S.Ünsizadənin İstanbulda ömrünün 80 sinnidə vəfat etdiyi ürək ağrısı ilə yazılmış nekroloqda xəbər verilirdi.
Nekroloqun qəzetin redaktou Əli bəy Hüseynzadə tərəfindən yazıldığı güman edilr.Nekroloqdan məlum olur ki, S.Ünsizadə İstanbulda Quranı türk dilinə təfsir etmişdir.
Hörmətli deputat, iki illik gecikməyə baxmayaraq, Səid Ünsizadənin anadan olmasının 190, vəfatının 110 illiyini keçirmək gərəkli görünür.Biz bu böyük tarixi şəxsiyyəti dünyaya tanıtmağa börcluyuq.
Qeyd etmək istəyirəm ki,ümummilli liderimiz Heydər Əliyev cənablarının imzaladığı Fərmanda-
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18 iyun 2001-ci il)
Səid Ünsizadənin maarifçilik fəaliyyəti çöx yüksək
qiymətləndirilmişdir:
"XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti ilə yanaşı, Rusiyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri
Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey
Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Səid Ünsizadə,
Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi,
Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və
başqalarının xidmətlərini qeyd etmək lazımdır.
Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır. Rusca-azərbaycanca və azərbaycanca-rusca lüğətlər, təcrübi-tədris kitabları nəşr olunmuşdur. Məhz bu dövrdən başlayaraq Azərbaycan ədəbi dilinin normalarının müəyyənləşməsində nəzəri-dilçilik ideyaları təzahür edir"
Hörmətli deputat, Səid Ünsizadənin maarifçilik fəaliyyətinin geniş şəkildə işıqlandırılması işində müəyyən tədbirlərin keçirilməsi üçün mən Sizə-Şamaxı ziyalılarının böyük təbliğatçısına bu sahənin bilicilərindən biri kimi kömək edə bilərəm.
Mənə elə gəlir ki,bu işdə ilk növbədə SƏİD ÜNSİZADƏ FONDU yaratmaq lazımdır.
Səid Ünsizadənin əgəbi və pulisistik irsi çap olunmalıdır.
Şamaxıga,Bakıda və ömrünün son 15 ilini keçirdiyi İstanbulda küçə və xiyabanlardan birinə Səid Ünsizadənin adının verilməsi barədə düşünmək lazımdır.
Azərbaycanda Səid Ünsizadə adına Mətbuat Muzeyi yaratmaq gərəkli görünür..
Azərbaycanın bir neçə təhsil müəssisəsinə də Səid Ünsizadənin adı verilməlidir.

Hörmətlə:
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Azərbaycan dili və ədəbiyyatı üzrə təhsil eksperti,
türkoloq.
Bakı, 11.03.2017.
nazim-nsreddinov@mail.ru
050 632 31 49

Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |