13.03.2017 [14:40] - Bildiriş
4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, dəyişikliyə əsasən, akademik Həsən Əliyev, Ceyhunbəy Hacıbəyli küçələri, eləcə də M.K.Atatürk prospektində yaşayan sakinlərin 4 nömrəli müntəzəm marşrut xəttindən istifadə etməklə metronun “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına rahat gediş-gəlişi təmin ediləcək. Belə ki, bu marşrut xətti üzrə avtobuslar metronun “Xətai” stansiyası istiqamətində hərəkət edərkən F.X.Xoyski küçəsindən M.K.Atatürk prospektinə, daha sonra akademik Həsən Əliyev və Ceyhunbəy Hacıbəyli küçələrindən keçməklə yolunu davam etdirəcək.
Məlumat üçün bildiririk ki, 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar martın 20-dən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.

Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |