Şrift:
Boks üzrə IX “Böyük İpək yolu” turniri keçiriləcək
14.03.2017 [10:40] - İdman
Martın 14-də Azərbaycanda ənənəvi IX “Böyük İpək yolu” beynəlxalq turnirinə start veriləcək.

Azərbaycan Boks Federasiyasından bildiriblər ki, yarışda əvvəlki illərdən fərqli olaraq qadın komandaları da iştirak edəcək. Üç gün davam edəcək turnirdə kişilərdən ibarət Azərbaycan milli komandası ilə yanaşı, Rusiya və İran komandaları tam heyətlə yarışacaq. Bundan başqa, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qətər seçmələri də turnirdə təmsil olunurlar.

Qadınların mübarizəsində isə komandamızdan başqa, Türkiyə, Ukrayna və Belarus boksçuları da çempionluq uğrunda mübarizə aparacaqlar.

Ümumilikdə 100-dək boksçunun iştirak edəcəyi turnirə martın 17-də yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed