13.10.2011 [11:30] - Türk dünyası-Turan
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov Beynəlxalq Parlament Baş Katibləri Assosiasiyasının (BPBKA) 125-ci plenar sessiyasında iştirak edəcək. Bu barədə TürkPA Beynəlxalq Katibliyindən məlumat verilib.
Tədbir oktyabrın 17-dən 20-dək İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək. TürkPA baş katibinin plenar sessiyada təşkilatın fəaliyyəti ilə bağlı çıxışı, həmçinin bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
Assambleyanın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamentinin Məclisinin sədri Ural Muhamejanovun rəhbərliyi altındakı TürkPA nümayəndə heyəti isə Beynəlxalq Parlament Birliyinin oktyabrın 16-dan 19-dək Bern şəhərində keçiriləcək plenar sessiyasına qatılacaq. Səfər çərçivəsində bir çox ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi, həmçinin TürkPA-nın fəaliyyəti ilə bağlı sessiya iştirakçılarına məlumat verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, TürkPA Beynəlxalq Parlament İttifaqında müşahidəçi statusuna sahibdir.

Bu xəbər oxucular tərəfindən 1295 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |