Şrift:
Səid Mətinpura azadlıq tələb olunub
18.04.2012 [12:02] - Güney Azərbaycan xəbərləri
Amnesty International İranda həbsdə olan və "vicdan məhbusu" saydığı Səid Mətinpurun müdafiəsilə bağlı Kanadanın Vankuver şəhərində kampaniya keçirib.

Bu məlumatı Kanada yaşayan hüquq müdafiəçisi Vahid Qarabağlı bildirib.
"Məlumata görə, insan haqları fəalı və jurnalist Səid Mətinpur 8 illik həbs cəzasına layiq görülərək Evin həbsxanasında saxlanılır.
Onun səhhətilə bağlı ciddi problemləri olduğu bildirilir. Səid Mətinpur 2007-ci ildə Zəncanda tutulub. Tərəfdarları deyir ki, onun məhkəməsi ictimaiyyətə açıq olmayıb və o, "rejimə qarşı əks-təbliğat" və "xaricilərlə əlaqədə təqsirləndirilək həbsə alınıb. Bəzi beynəlxalq insan haqları və media təşkilatları, o cümlədən Amnesty International, Reporters without Borders, Front Line və The Committee to Protect Journalists (CPJ) Səid Mətinpurun təcili azadlığa buraxılmasını tələb edən müraciət imzalayıblar.
Vankuverdə Amnesty-nin məlumatlandırma kampaniyasından çəkilmiş video İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasına məxsusdur.
Bu xəbər oxucular tərəfindən 1590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed