Şrift:
Fərəc Quliyev: Avropa yüz əvvəl olduğu kimi, yenidən Türkliyəyə qarşı birləşib (Video)
14.03.2017 [11:40] - Xəbərlər, Türk dünyası-Turan, Özəl xəbər, Fərəc Quliyev
“Avropanın “qapılarını döymək” yetər, Türkiyənin çıxış yolu digər Türk respublikaları ilə əlaqələrin qurulmasındadır”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev son günlər Türkiyə ilə Niderland Krallığı arasında yaranmış gərginliyin əsl səbəbləri və mahiyyəti ilə bağlı Lider Televiziyasının “Səda 24” verilişinə müsahibə verib. Proseslərin arxasında duran səbəblərlə bağlı aparıcının suallarını cavablandıran millət vəkili baş verənlərin Türkiyənin güclənməsinin qarşısını almaq məqsədi güddüyünü bildirərək, qardaş ölkəyə qarşı atılan bu addımların heç bir beynəlxalq qaydalara uyğun olmadığını və bunun yüz il əvvəl olduğu kimi, yenidən Avropanın Türkliyəyə qarşı birləşməsi kimi dəyərləndirib. Avropa dövlətlərinin Türkiyəyə qarşı hətta terror təşkilatları ilə belə əməkdaşlıq etmələrini də misal göstərən Fərəc Quliyev Avropanın “qapılarını döyməyin” artıq gərəksiz olduğunu, Türk dövlətləri arasında birlik və əməkdaşlığın vacibliyini bildirib.

MDHP sədri, Avropa ölkələrinin liberal və demokratik dəyərlərin ancaq öz millətlərinə şamil etmələrini, lakin milli hədəflərlərinə görə bütün başqa millətlərin və dövlətlərin haqlarını pozmağa hazır olduqlarını da faktlarla ortaya qoyub.

Fərəc Quliyevin bu kimi məqamlara aydınlıq gətirən həmin müsahibəsinin videosunu təqdim edirik:

Video açılmazsa

TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 860 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed