18.04.2012 [12:25] - Diaspor
Heydər Əliyev Fondunun və Azərbaycanın Romadakı səfirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İtaliyada Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Nazirliyin mətbuat katibi İntiqam Hümbətov deyib ki, Mədəniyyət Günlərinin açılış mərasimi Turin şəhərində yerləşən Kariniano Teatrında baş tutub.
Mərasimdə Piemonte regionunun mədəniyyət məsələləri üzrə müşaviri Mikele Kapola, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək İtaliya ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əlaqələrin olduğunu vurğulayıblar və Turindən başlanan Azərbaycan Mədəniyyəti Günlərinin bu mənada xüsusi əhəmiyyətə malik olduğunu bildiriblər. Sonra xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs Ansamblı, əməkdar artist Elnarə Kərimovanın rəhbərlik etdiyi “Buta” kamera xoru, əməkdar artist Fidan Hacıyeva və digər sənətçilər çıxış ediblər.

Bu xəbər oxucular tərəfindən 1846 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |