Şrift:
“Azərbaycana gözün buynuz qişasının gətirilməsi həllini tapıb”
15.03.2017 [10:32] - Sağlıq
“Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı məsələ demək olar ki, öz həllini tapıb”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Azərbaycana gözün buynuz qişasının gətirilməsi problemlərinin həlli ilə bağlı Milli Məclisdə yaradılmış işçi qrupunun rəhbəri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, işçi qrupu öz qərarını verib: “İki qanuna dəyişiklik - "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanunlara dəyişiklik olunacaq və buynuz qişa mülki dövriyyəsi qadağan olunan əşyaların siyahısından çıxarılıb, icazə verilən əşyaların siyahısına daxil olunancaq. Artıq Səhiyyə, İqtisadiyyat nazirliklərinə, Dövlət Gömrük Komitəsinə müraciət göndərmişik və hər üç dövlət qurumundan müsbət rəy alınıb”.

M.Quliyev bildirib ki, yaxın günlərdə Səhiyyə Komitəsi qərarını verib, dəyişiklikləri Milli Məclisin plenar iclasına göndərəcək. Aprel ayında dəyişikliklər qəbul oluna bilər: “Ondan sonra gözün buynuz qişasını Azərbaycana gətirib ehtiyacı olan insanlara köçürmək mümkün olacaq”.
Bu xəbər oxucular tərəfindən 649 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed