15.03.2017 [10:37] - Mədəniyyət
2 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllülərindən ibarət teatr truppası tərəfindən hazırlanan, yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa mart ayının 13 - də Gənc Tamaşaçılar teatrında nümayiş olunacaq. Səhnə əsəri Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) birgə təşkilatçılığı ilə reallaşıb.
Səhnə əsərinin rejissoru Cavidan Novruzdu. On iki könüllünün rol aldığı tragikomik tamaşada Nigar Əhmədova, Tahir Əlizadə, Taleh Həsənov, Elmir Hümbətov, Böyükxanım Babayeva və başqaları çıxış ediblər.
Sonda "Master 2" proqramı çərçivəsində təcrübə keçən könüllülər sertifikatla təltif olunublar.

Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |