15.03.2017 [14:33] - İdman
Azərbaycan Premyer Liqasında mükafatçılardan biri müəyyənləşib. Çempionatın sonuna 6 tur qalsa da, ilk “üçlük”dəki komandalardan biri yerini təmin edib. Bu, son üç mövsümün çempionu “Qarabağ”dı.
XXII turda AZAL-ı 1:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi xal hesabını 48-ə çatdırıb. Bununla, liderin 4-cü yerlə xal fərqi 19-a yüksəlib.
Xal fərqinin bu həddə çatması o deməkdi ki, 4-cü olan “Zirə” həmçinin aşağı pillələrdə qərarlaşan digər komandalar çempionluq şansı ilə vidalaşıb. Onlar üçün əlçatmaz olan Qurban Qurbanovun yetirmələri isə ən pis halda belə bürünc mükafata yiyələnəcəklər.
İlk “üçlük”də yeri təmin olunan “Qarabağ” bununla da avrokuboklara vəsiqəni təmin edib. Əyalət klubu minimum Avropa Liqasında oynayacağını rəsmiləşdirib.
Çünki Azərbaycan Premyer Liqasının qalibi Çempionlar Liqası, 2-ci və 3-cü yer sahibləri isə Avropa Liqasında çıxış hüququ qazanır. Sonuncu yarışdakı 3-cü təmsilçi isə ya kubokun, ya da 4-cü yerin sahibi olur.

Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |