Şrift:
Ürək xəstələri üçün İDEAL PƏHRİZ
16.03.2017 [10:36] - Sağlıq
Amerika alimləri bu qənaətə gəliblər ki, bitki məhsulları ilə zəngin rasion aterosklerotik ürək-damar patologiyaları (ASCVD) riskini azaldır. İndiyə qədər rasion ilə ürək-damar xəstəlikləri riski arasında əlaqə barədə çoxlu sayda məlumat toplanıb. Lakin hansı məhsulların faydalı olması və onları necə uyğunlaşdırmaq barədə informasiya metodoloji məhdudiyyətlərə görə natamamdır və təzadlıdır. Bundan əlavə, müəlliflər həyat tərzinin və digər yanaşı amillərin (yuxu, siqaretçəkmə, fiziki fəallıq) sağlamlığa təsirini nəzərə almırlar. Xəstəliklərin özü, məsələn, ateroskleroz isə onilliklər ərzində inkişaf edir, nəticədə onların öyrənilməsi zəhmətli və bahalı prosesə çevrilir.

Cənubi Karolina Tibb Universitetinin və 11 digər müəssisənin alimləri bu boşluğu doldurmaq üçün qida rasionunun və ateroskleroz mənşəli ürək-damar xəstəliklərinin korrelyasiyası barədə ən iri tədqiqatların metatəhlilini aparıblar. Müəlliflər cinsi, yaşı və etnik mənsubiyyəti müxtəlif olan 17 min 418 adamın iştirak etdiyi tədqiqatın yekunlarını öyrəniblər. Onlar işin gedişatında müxtəlif məhsulların faydası və ziyanı barədə ən populyar təzadları seçərək, mövcud məlumatlar əsasında dəqiq tövsiyələr tərtib ediblər.

Təhlil göstərib ki, "2015-2020-ci illərdə amerikalılar üçün qida mədəniyyətinin təkmilləşdirilməsinə dair rəsmi təlimat"da tövsiyə edilən 3 pəhrizin hamısı - Amerika, Aralıq dənizi və vegetarian pəhrizləri ASCVD-nin profilaktikasına (2 yaşından etibarən) münasibdir. Bu pəhrizlər rasiona külli miqdarda meyvə-tərəvəz və kəpəkli taxıl məhsullarının daxil edilməsini nəzərdə tutur. Qızardılmış ətin, yumurtanın, yağların və şirin içkilərin istehlakına söykənən "cənub qidalanma modeli" isə əksinə, ürək-damar xəstəlikləri riskini artırır. Alimlər az miqdarda yavan ət və balığın, yağsız südün fiziki fəallığı dəstəkləmək üçün faydalı olduğunu bildiriblər
Bu xəbər oxucular tərəfindən 592 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed