Şrift:
Fərəc Quliyev: "Azərbaycan kifayət qədər kompromissə gedir
16.03.2017 [11:07] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Ermənistan prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayırdıq".

Bunu martın 15-də Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.

"Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində, eləcə də Bakı və Yerevanla birbaşa təmaslarda Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı qəbul olunan həll yolunu tapmağa kömək etməyə davam edir", - deyə Putin qeyd edib

Ermənistan prezidenti Serj Sarkisian isə bir gün əvvəl İspaniyanın EFE agentliyinə müsahibə verib. Əvvəlki razılaşmalar yerinə yetirilmirsə, yenidən görüşməyin nə mənası?- Bunu Sarkisian deyir. O, Azərbaycanla danışıqlara başlamağı hətta düşünməyə şərt qoyur. O bildirir ki, Azərbaycan əvvəlki razılşamalara əməl etsin, "sonra yenidən görüşməyi düşünərik".

Sarkisian həmçinin deyib ki, Azərbaycan irimiqyaslı əməliyyata başlasa, Ermənistan dərhal Dağlıq Qarabağın müstəqiliyini tanıyacaq.

Sarkisian niyə belə arxayın danışır? Ümumiyyətlə, tərəflər bir-birini razılaşmaları pozmaqda ittiham edir. Pozan hansı tərəfdir?

Minsk qrupu həmsədrləri elə bu günlərdə Bakıda olanda dedilər ki, ən yüksək səviyyədə danışıqlar bərpa olunmalıdır. Sülh prosesi yenə dalanamı dirənir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyevin sözlərinə görə Ermənistanın Azərbaycanla şərt dili ilə danışması olduqca yanlışdır. Deputat deyir ki, Azərbaycan aprel ayında öz sözünü dedi.Fərəc Quliyev Serj Sarkisianın dediklərinin onun özünün iradəsi olduğuna inanmır.

Deputat qeyd edir ki, ətraf rayonlar azad olunmayana qədər status məsələsi müzakirə predmeti ola bilməz. Onun sözlərinə görə Azərbaycan kifayət qədər kompromisə gedir. Deputat bildirir ki, beynəlxalq güclər Ermənistanı yola gətirə bilmirlərsə, vaxt uzatmağa dəyməz, Azərbaycan hərbi yola əl atmalıdır.




Video açılmazsa TIKLAYIN:
Bu xəbər oxucular tərəfindən 1081 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed