Şrift:
Yeniyetmə güləşçilərin Azərbaycan birinciliyi davam edir
16.03.2017 [15:02] - İdman
Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir.

Sonuncu yarış günündə 54, 58, 63, 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində sərbəst güləş üzrə 198 pəhləvan mübarizə aparır.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb edilir.
Bu xəbər oxucular tərəfindən 558 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed