Şrift:
UEFA Avropa Liqasının dörddəbir finalçıları müəyyənləşib
17.03.2017 [10:39] - İdman
Martın 16-17-də futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunları keçirilib.

Turnirin əsas favoritlərindən hesab olunan “Mançester Yunayted” klubu Rusiyanın “Rostov” komandasına minimal hesabla qalib gəlib. “Qırmızı şeytanlar” rəqiblərini Matanın 70-ci dəqiqədə vurduğu qolla məğlub edib.

Günün digər qarşılaşması isə Almaniyada keçirilib. Səfərdə “Şalke” ilə 1:1 hesablı heç-heçə edən Münxenqladbax “Borussiya”sı öz meydanında da rəqibini məğlub edə bilməyib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bu nəticə “Şalke”nin növbəti mərhələyə çıxmasına kifayət edib.

Digər oyunlar isə aşağıdakı kimi nəticələnib :

“Beşiktaş” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) - 1:1, 4:1

“Krasnodar” (Rusiya) – “Selta” (İspaniya) - 1:2, 0:2

“Genk” – “Gent” (hər ikisi Belçika) - 5:2, 1:1

“Anderlext” (Belçika) – APOEL (Kipr) - 1:0, 1:0

“Ayaks” (Hollandiya) – “Kopenhagen” (Danimarka) - 1:2, 2:0

“Roma” (İtaliya) – “Lion” (Fransa) - 2:4, 2:1

Beləliklə, bu nəticələrdən sonra “Beşiktaş”, “Mançester Yunayted”, “Şalke”, “Ayaks”, “Lion”, “Anderlext”, “Selta” və “Genk” klubları dörddəbir finala yüksəlib.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed