19.04.2012 [12:28] - Türk dünyası-Turan
TÜRKPA-dan “Davam.az”a verilən məlumata görə,bu gün TÜRKPA Baş Katibi Ramil Həsənov TÜRKKON Baş Katibi Səfir,Halil Akıncını qəbul edib.
Görüşdə Baş Katib TÜRKPA ilə TÜRKKON arasında münasibətlərin inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin uğurla həll olunduğunu vurğulayıb. Eyni zamanda Baş Katib 14-16 iyun 2012-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində TÜRKPA-nın Asambleya Şurasının III iclası və III Plenar Sessiyasının keçirilməsi ilə bağlı məlumat verib. 2011-ci ildə TÜRKPA-nın dörd daimi komissiyasının yaradılması, ilk iclaslarının keçirilməsi, hesabat və tövsiyə qərarlarının III Plenar Sessiya zamanı Asambleyaya təqdim edilməsi üçün hazır olduğu bildirilib. Səmimi qəbula görə təşəkkür edən Halil Akıncı TÜRKPA-nın Türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsinə tövhə verdiyini ifadə etmiş və təşkilatlar arasında iqtisadi, ticarət, humanitar, mədəniyyət və təhsil sahələrində ortaq layihələrin mövcudluğunu vurğulayıb. Qərara alınıb ki, bundan sonra TÜRKPA daimi komissiyalarının iclaslarında və TÜRKKON daimi komitələrinin toplantılarında qarşılıqlı olaraq hər iki təşkilatın nümayəndələri iştirak etsinlər.
Həmçinin eyni məqsədə xidmət edənTÜRKPA və TÜRKKON arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanması haqqında ilkin razılıq əldə edilib. Görüşdə TÜRKKON Baş Katibinin müavini Qismət Gözəlov və TÜRKPA Baş Katibinin müavini Kürşad Melih Sarıarslan iştirak edib. Sonda Halil Akıncı şərəf dəftərinə ürək sözlərini yazıb və xatirə şəkili çəkilib.

Bu xəbər oxucular tərəfindən 1677 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |