Şrift:
İrəvanda növbəti etiraz aksiyası keçiriləcək
20.03.2017 [11:28] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Martın 20-də Yerevanın Azadlıq meydanında növbəti etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Ermənistan KİV-i xəbər verir ki, etirazçılar baş prokuror Artur Davtyanın istefası və Artur Sarkisyanın həbsə məhkum olunmuş hakimə qarşı cinayət işinin başlanılmasını tələb edirlər.
Qeyd edək ki, dünən Yerevanda aksiya zamanı etirazçılarla polis arasında toqquşma baş verib.
Xatırladaq ki, "Sasna tsrer" silahlı qruplaşmasına göstərdiyi dəstəkdə (onlara maşınla ərzaq gətirib) ittiham olunan Artur Sarkisyan martın 16-da "Ermənistan" tibb mərkəzində ölüb.
Bu xəbər oxucular tərəfindən 1005 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed