Şrift:
Məhbusların ölüm faktına görə Ermənistan Avropada birincidir
20.03.2017 [11:30] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan həbsxanalardakı məhbusların ölüm faktlarına görə Avropa ölkələri sırasında liderdir.
Bu barədə Avropa Şurasının “Penitensiar Sistemlərdəki vəziyyətə dair” yekun hesabatında qeyd olunur.
Hesabatda bildirilir ki, hər il Ermənistan həbsxanalarındakı 10 min məhbusdan 95,5-i ölür.
Ermənistanda müxtəlif cinayətlərə görə, azadlıqdan məhrum olanların sayı da son 10 ildə 37,8 faiz artıb.
Avropa ölkələri sırasında məhbuslara ən az vəsait sərf edən də Ermənistan hökumətidir. Avropa ölkələrində gündəlik bir məhbusa 52,36 avro xərcləndiyi halda, Ermənistanda bu rəqəm 10 dəfə az – 10,3 avrodur.
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed