20.03.2017 [11:31] - Gündəm, İdman
Futbol üzrə İspaniya çempionatının 28-ci turunda "Barselona" evdə "Valensiya"nı 4:2 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Luis Suares (35-ci dəqiqə), Lionel Messi (45 - penaltidən, 52) və Andre Qomeş (89) fərqlənib.
Qonaqların qollarını Elyakim Manqala (29) və Munir əl-Haddadi (45) vurub. Matçın 44-cü dəqiqəsində Manqala qırmızı vərəqə alıb.
"Barselona" 63 xal ilə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu olan lider "Real"dan 2 xal geri qalır. "Valensiya" 30 xal ilə 14-cü mövqedədir.
Günün digər qarşılaşmasında "Atletiko" "Sevilya" üzərində 3:1 hesablı qələbə qazanıb.
Qalib komandanın qollarını Diyeqo Qodin (37-ci dəqiqə), Antuan Qrizmann (61) və Koke (77) vurub. "Sevilya"nın heyətində Xoakin Korrea (85) fərqlənib.
"Atletiko" turnir cədvəlində 55 xalla 4-cü, "Sevilya" isə 57 xal ilə 3-cüdür.

Bu xəbər oxucular tərəfindən 608 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |