Şrift:
Mülki general Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
27.03.2017 [09:49] - Gündəm, DAVAMın yazıları
Mülki general Hacı Zeynalabdin Tağıyevin
tələbə qızlara novruz bayramı təbriki
və yaxud

Bakı Qızlar Məktəbinin akt zalını bəzəyən
generalın portretinin müəllifi kimdir?




1911-1912-ci illərdə Bakıda Haşım bəy Vəzirovun mətbəəsində "İşıq" adlı bir qəzet nəşr olunmuşdur.Qəzetn redaktoru milliyyətcə tatar olan Tislisdəki Olqa Mamaılıq İnstitutunun məzunu qızlıq soyadı Subhanqulova olan Xədicə xanım Əlibəyova, naşiri isə onun əri tərcüməçi,ədib,vəkil Nustafa Cabbar oğlu Əlibəyov idi.

"İşığ"ın ilk nömrəsi 1911-ci il yanvarın 22-də çıxıb. 2 il ərzində 68 nömrəsi dərc olunan "İşıq" həftəlik qəzet idi, Qəzet hər şənbə günü nəşr olunurdu.

Mülki general Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki

Mülki general Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki




"İşığ"in ilk nömrələri Tserkov küşəsi ilə Spasski küçələrinin küncündəki 44 nımrəli binada redaktə olunsa da,sonrakı nömrələrdə redaksiyanın ünvaninda dəyişillik görünür.Əvvəlki 44 rəqəmi 70 rəqəmi ilə əvəz olunur-Spasski küçəsi ,70.

"İşıq" gərkəmli ziyalı,İrəvan Seminariyasının məzunu,şuşalı Mir Həşim bəy Mir Həsən oğlunun (Haşım bəy Vəzirov-N.N.) "Səda" mətbəəsində çap olunurdu.

Azərbaycan mətbuatında fəxri yeri olan "İşıq" uzun müddət tarix kitablarında,hətta dərsliklərdə oxuculara jurnal adı ilə təqdim olunmuşdur.Halbuki "İşığ"ın elə ilk səhifəsində o, dövrün oxucularına belə təqdim olunmuşdur:həftədə bir dəfə şənbə günü nəşr olunacaq,ətfala(uşaqlara-N.N.),ədəniyyata,təbiyyat

(təbiət elmləri-N.N.) və evdarlığa dair xanımlar qəzetəsidir.

Ərəb qrafikası ilə yazılan bu sözlərdən sonrakı sözlər rus qrafikası ilə nisbətən iri şriftlə göstərilmişdir-ЕЖЕНЕДЕЛЪНАЯ ГАЗЕТА


Abunə qiymətləri nüsxəsi-5 qəpik,

illiyi --Bakıda 3 manat,qeyri şəhərdə-4 manat yarım,



altı aylığı Bakıda-2 manat, qeyri şəhərdə 2 manat 50 qəpik


Mamələkin (maməlk-bir adamın malik olduğu mülkiyyəti içində,mal-mülkü N.N.) illik abunə -6 manat, altı aylıq
isə-4 manat müəyyənləşdirilmişdir.



"İğıq" bağlanandan sonra Əlibəyovlar öz ixtisaslarına uyğun sahələrdə işləmişlər. Onlar 1920-ci ildə Şəkiyə köçmüş, 17 il burada birgə yaşamışlar.1937-ci ildə hakim dairələrnin narazılığına səbəb olan bir fikrə görə M.Əlibəyov Sibirə sürgün olunmuşdur. Onun həyat yoldaşı və 5 uşağı isə1946-cı ildə Bakıya köçmüşlər.

Artıq bir il idi ki,M.Əlibəyov həyatda yox idi.O,71 yaşında sürgündə vəfat etmiş və müsəlman qıbirstanlığında dəfn olunmuşdu.

,
Xədicə xanım isə 1961-ci il mayın 19-da dünyadan köçmüşdür.




İ

"İŞIQ" HAQQİNDA BİR SIRA ELMİ TƏDQİQAT İŞLƏRİ ARARILSA DA, BU QƏZETİN ÖYRƏNİLMƏSİNİN HƏLƏ DƏ CİDDİ PROBLMLƏRİ VAR.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin məsləhətçisi Rəqibə Məmmədovanın“İŞIQ” qəzetinin imperatriça Aleksandra Fyodorovnaya təqdim edilməsi" adı ilə çap olunan məqaləsində türk dunyasının ilk qadınlar qəzetlərindən biri olan "İşığ"ın maraqlı incələmələri diqqəti cəlb edirMəqalə “İşıq” qəzetinin 103 illiyinə həsr edilmiş, 2014-cü ildə İşıq adı ilə nəşr olunan jurnalda dərc olunmuşdur.( “İşıq” qadın jurnalı, № 1 (77), 2014,.
Məqalədə Xədicə zanım Əlibəyovanın adı XX əsrin maarifçi, fəal ziyalı Azərbaycan qadınlarından - Şəfiqə xanım Əfəndizadə, Sona xanım Tağıyeva, Rəhilə xanım Hacıbababəyova, Mədinə xanım Qiyasbəyli, Fatma xanım və Liza xanım Muxtarova, Səltənət xanım və Nigar xanım Qayibovalar, Əminə xanım Batrişinailə bir yerdə çəkilir. Müəllif İşığın redaktoru Xədicə xanım Əlibəyovayanın maarifçilik sahəsindəki istiamətdəki əzəmətli işlərindən rəğbətlə söz açır.
Xədicə xanım və Mustafa bəy “qadın qəzetəsi” çıxarmaq qərarına gəlirlər.
Əslində türk dilində qəzet çıxarmaq ideyası Qasprinskilərə aiddir.Lakin onlar bu ideyanı reallaşdıra bilməmişlər
Əlibəyovlar isə bu sahədə daha qətiyyətli olmuşlar.
Mustafa bəy və Xədicə xanım Azərbaycanda ilk qadın mətbuat orqanının əsasını qoyaraq, Bakıda 1911-ci il yanvarın 22-də “İşıq” qəzetini təsis edirlər. Qəzetin redaktoru Xədicə xanım Əlibəyova, naşiri Mustafa bəy Əlibəyov olan, 8-12 səhifə həcmində çıxan bu qəzetdə, həm Azərbaycan, həm də rus dilində məqalələr dərc edilirdi.Rusdilli məqalələrin sayı çoxluq təşkil etmirdi.
Nəşri 1912-ci il aprelin 21-nə qədər davam edən ”İşıq” özünü “xanımlar üçün qəzetə” adlandırırdı. “Kaspi” qəzeti 22 yanvar 1911-ci il tarixli sayında “İşıq”ın çap olunması haqqında yazırdı: “Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə çıxan “İşıq” qəzetəsinin ilk nömrəsi tatar (Azərbaycan-N.N.)dilində çapdan çıxmışdır. Qəzet müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən bir orqandır”.
“İşıq” qəzetinin çıxması Qafqazda böyük marağa səbəb olur. “Kavkazskaya kopeyka” qəzeti bu haqda yazırdı: “22 yanvar 1911-ci ildə yeni müsəlman qadın qəzetinin – “İşıq”ın ilk nömrəsi çıxdı. Qəzet qadın məsələlərinə həsr olunur(“Kavkazskaya kopeyka”, №18, s. 3

Rusiya Dövlət Kitabxanasında (RDK) saxlanılan "İşığ"ın bir toplusundan aydın olur ki, bu qəzetin iki komplekti (nömrələrin cildlənmiş toplusu)1911-ci ildə Rusiyanın birinci xanımına hədiyyə verilmişdir.
"İşıq" toplusunun hədiyyə verilmiş cildindəki bu sözlər diqqti cəlb edir.
“Ея Императорскому Величеству Государынъ Императирицъ Александръ Феодоровнъ – «Ишыгь» за 1911 годъ. «Светь»”.
Bu hədiyyə “İşıq”ın bağlanması təhlükəsi ilə ilgilidir.
"İşıq"da maraqlı yazılar çoxdur.Bu gün onlardan biri haqqında söz açırıq..
Bu,"İşıq"ın naşiri Mustafa bəy Əlibəyovun məqaləsidir.
Qəzetin 1911-ci ildəki 9-cu nömrəsinin birinci və 2-ci səhifələrində dərc olunan
"General Hacı Zeynalabdin Tağıyev həzrətlərinin nitqi"
Sərlövhənin altındakı
"Hovruz bayramı münasibətilə" sözləri məqaləyə marağı daha da artırır:

"Rəbiüləvvəl ayının 20-sinə təsadüf olunan eyd novruzun (novruz bayramı-N.N.) birinci günü Hacı Zeynalabdin Tağıyev həzrətlərinin Qız Məktəbi imarətində "Bakı Cəmiyyəti-Xeyriyyəsi" və "Nəşri -Maarif Cəmiyyəti" xadimi-millət Hacı Zeynalabdin Tağıyev və qaziyi- vilayəti-Baku Ağa Mir Məhəmməd Kərim Hacı Mir Cəfərzadə həzəratın təhti -nəzarətində mükəmməl bir rəsmi tiəərrin tərtib olundu. Cəmiyyətin nəfinə isə iyirmi min manatdan ziyadə cəm olundu.
Rəsmi-məzkurda Baku qoradanaçalniki,qubernatoru ,şəhri-idarə rəisi və İran qonsulu və şəhərinəyani-əşraf və ürəfasından daha bir xeyli adam mövcud idi.
Rəsmi qəbulə təşrif gətirən zəvati- möhtərma ( möhtərəm adamlar-N.N.) məktəbin ğayət bəzədilmiş salonunda( zalında) Hacı və qazı həzrətləri tərəfindən kəmali-şövq və məhəbbətlə qəbul olunurdular. Qaziyi - vilayət Ağa Məhəmməd Kərim həzrətləri məqamına münasib bir nitq söyləyüb, imperator və imperatoriçə həzrətlərinin ömürlərinə xeyirdua etdilər.Məclisə gələnlər cürbəcür şirniyat vəhəluyat ilə müəzzin olunmuş sügrəyə dəvət olundu.
Lakin bu məclisdə insanı ən çox fərəhnak xoşhal edən orada bir çöx darülfünun qurtarmış mühəndis, təbib və yurist müsəlman cavnlarınmövcud olması idi ki,biz müsəlmanların ümdəxoşbəxt yeganə səbəbidir.
Hacı qonaqlar ilə bərabər vidalaşıb gedərkən birdən -birə dala qayıdıb məclisdə qalan müsəlmanları böyük zala dəvət etdirib,orada özünün boyu bərabəri (əksini) göstərib və dedi ki,
--"Övladlarım!Bənim bu əksimə bir diqqət ilə baxın.Görün orada nə görürsünüz?
Cəmaət sükut ilə təsvirə tamaşa edərkənHəştad sinnində bir yaşlı Hacı həzrətləri buyurdular ki:
__"Övladlarım!Görürsünüzmü ki,Bənim sağ əlim dini-islamın rükni(dirəyi) və madəri-iftixarı Qurani-əzim kitabının üstündədir.Sol əlimdə tutduğum isə qəzetədir.
Öv ldlarım!Bənimsizə axırıncı nəsihətim budur ki, u Quranı həmişə sağ,qəzetəyi isə sol əlinizdə tutub xalqa sidq və sədaqət ilə xidmət edəsiniz".
Hacı atanın bu ...hakimanə kəlamı bana o qədər təsir elədi ki, indi o nəsihəti bir an qəlbimdən çıxarda bilməyirəm.
Oqucularım! böylə bir nəsihət bu vəqtə qədər heç bir üləmanın ağzından eşidlməyibdir.
Zənnimcə bu gözəl nitqi tariximizə qızıl mürəkkəb ilə yazılıb,əsəri-nafe olaraq,həmişə mühafizə etməliyik.Cünki bir parə şəxslər Quranı dutanda zəmanənin etdigi ağlar halını balmərrə(tamamilə)unudurlar.Qəzetə tərəfdarı olanların bəzisi isə nəinki bir Ouranı,hətta bütün islamiyyəti belə yaddan çıqarurlar.
Mustafabəy Əlibəyov".
__________________________________
M.Əlibəyovun yazısı bir sıra suallara yol aşır.
1.Bakı Qızlar Məktəbinin salonunu bəzəyən iki portretdən birinin-Hacı Zeynalabdin Taöıyevin portetinin müəllifi kimdir?
2. Yazıdakı fikrə görə H.Z.Tağıyevi təvəllüdü 1831-ci ilə uyğun gəlir.Bu,deyilişi gözəl,təsadüfi sıösdür,yoxsa faktdır?
3.H.Z.Tağıyevi haqında danışılan portretində də,İ.Brodskinin 1912-ci ildə çəkditi portetdə də H.Z.Taöıyevin sol lində əlçək var.Əlbəttə,bu,bərpaçı rəssamın səhvidir.Bərpaçı rəssamların səhvlərini bağışlayırlarmı?
4.Rusiyada incəsənət xadimləri İ.Brodskinin Azərbaycanl əlaqəsi haqqında tarixi sənədlərdən xəbərdardırlarmı?
( Yazının mabədi var.Gözləyin ).

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
türkoloq.

Ədəbiyyat siyahısı

1.Axundov Nazim.Azərbaycanda dövri mətbuat.Biblioqrafiya.Bakı,1965..
2.Nəsrəddinov Nazim. "İşıq" ilk qadınlar qəzetimizdir."Addım" qəzeti.,N 8,(26.12.91-01.01.1992)
REDAKTORU Anar Vəzirov.
3.Nəsrəddinov Nazim."İşıq "qəzeti Hacı Zeynalabdin Tağıyevin bir portreti haqqında.
Milli Azərbaycan Tarixi Muzeyi-2011,səh.195-199..
4.Hacı Zeynalabdin Tağıyev(albom-kitab.)
Redaktoru akademik Nailə Vəlixanlı.Müəllif heyəti Akademik Nailə Vəlixanlı,fəsəfə doktorlarıarı
Nərmin Tahirzadə,fərhad Cabbarov,Məmməd Məmmədov,
5..Джабббаров Фархад. Оь одном малоизвестном портрете меценанта
Гаджи Зейналабдине Тагиева. 1 NEWS AZ. 30.10.2012.
6.Məmmədova Rəqibə.“İŞIQ” qəzetinin imperatriça Aleksandra Fyodorovnaya təqdim edilməsi"
“İşıq” qadın jurnalı, № 1 (77), 2014, səh.54-57
Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed