Şrift:
Azərbaycan Ermənistanda keçirilən MDB Daxili İşlər Nazirləri Şurasının iclasına qatılmayıb
13.10.2011 [11:39] - Gündəm
Ermənistanda keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Daxili İşlər Nazirləri Şurasının iclasına Azərbaycan qatılmayıb.

Tədbirdə iştirak etmək üçün bütün MDB ölkələrinə dəvət göndərilməsinə baxmayaraq, Azərbaycan Daxili İşlər Nazirliyi həmin tədbirə qatılmaqdan imtina edib.

Qeyd edək ki, oktyabrın 13-dən 15-ə kimi Ermənistan paytaxtında MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclasda MDB məkanında mütəşəkkil cinayətkarlıqla müştərək mübarizə məsələləri nəzərdən keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed