19.04.2012 [12:46] - Diaspor
“Bütün ölkələrdəki türk təşkilatları ABŞ səfirlikləri qarşısında piket keçirərək “24 aprel” yalanına etiraz etsinlər”
Beynəlxalq Həqiqəti olmayan Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) aprelin 21-də dünyadakı bütün türk təşkilatlarını “24 aprel qondarma erməni yalanı”na qarşı çıxmağa dəvət edir.
Bununla bağlı açıqlama verən dərnəyin sədri Göksel Gülbey bildirdi ki, dünyanın hansı ölkəsində ABŞ səfirliyi varsa, həmin gün həmin ölkələrdəki türk təşkilatları səfirlik qarşısında piket keçirərək “24 aprel” yalanına etiraz etsinlər: “Erməni diasporasının yalanına qarşı və ermənilərin təzyiqindən qorxan ABŞ prezidentinə qarşı türkləri birləşməyə dəvət edirik. Buna görə də, bütün ölkələrdəki Amerika səfirliklərinin qarşısında bayraqlarımızı qaldıraq. Hətta Azərbaycandakı təşkilatlar da bizimlə həmrəy olmalıdırlar. Necə ki, biz Xocalı faciəsi günü Taksim meydanına çıxmaqla Azərbaycanı tək qoymadıqsa, eyni addımı bu gün Azərbaycan xalqı etməlidir. Onlar da 24 aprel məsələsində bizimlə həmrəy olmalıdırlar”.
G. Gülbey sonda qeyd etdi ki, biz Azərrbaycan təşkilatlarına ABŞ-ın Bakı səfirliyi qarşısına çıxaraq “24 aprel” yalanını baykot etməsini istəyirik.
Rövşən Ziya

Bu xəbər oxucular tərəfindən 1310 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |