Şrift:
Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova GUAM formatında görüş keçirəcək
27.03.2017 [10:24] - Gündəm, İqtisadiyyat
Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova GUAM formatında görüş keçirəcək.
Bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.
Birliyin toplantısında Azərbaycanı baş nazirin müavini İsmət Abasov, Gürcüstanı baş nazir Georgi Kvirikaşvili, Moldovanı hökumət rəhbəri Pavel Filip və Ukraynanı baş nazir Vladimir Qroysman təmsil edəcək.
İştirakçılar müzakirələrin birinci mərhələsində GUAM-ın azad ticarət zonasının perspektivlərini nəzərdən keçirəcəklər. Danışıqların ikinci mərhələdə isə birliyin nəqliyyat dəhlizinin yaradılması diqqət mərkəzində olacaq.
Xəbərdə bildirilir ki, səhər keçiriləcək iclasdan sonra danışıqların iştirakçıları biznes-foruma da baş çəkəcəklər.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed