27.03.2017 [11:01] - Xəbərlər, DAVAMın yazıları
1917-ci ildə Rusiyada oktyabr çevrilişindən sonra Azərbaycanın həyatında da yeni bir dönəm - xalqın özünüdərk və milli dirçəliş dönəminin təməli qoyuldu. Çağdaş Azərbaycanın müstəqil pul təsərrüfatı və pul dövriyyəsinin tarixi yüzillik fasilədən sonra elə bu çağlardan, 1918-ci ildə Bakı Bələdiyyəsinin buraxdığı kağız pullarla başlanır.
1918-ci ilin yanvar-aprel aylarında dövriyyəyə buraxılmış 5, 15 və 50 qəpiklik xırda kağız pul, 1, 3, 5, 10 və 25 manatlıq iri bələdiyyə pul vahidləri rənginə, kağızın ölçülərinin müxtəlifliyinə görə də bir-birindən fərqlənir.
1918-ci il aprel ayının 25-dən Bakıda hakimiyyət bolşevik fraksiyasının əlinə keçdi və tezliklə yeni idarə orqanı - Bakı Şəhər Təsərrüfatı Soveti yaradıldı. Bu qurumun qərarı ilə təcili olaraq yeni kağız pullar hazırlanıb dövriyyəyə buraxıldı. 10, 25 və 50 manat məbləğində olan bu pulların emissiyası Xalq komissarı N. Nərimanovun imzası ilə icra olunurdu. Bu pul vahidləri öz qüvvəsini 1918-ci il iyul ayının 31-də istefa verən Bakı kommunasından sonra itirsə də, 1918-1919-cu illərdə əhali arasında dövriyyə vasitəsi kimi işlədilirdi.
Enter.News Axc.preslib.az saytına istinadən bildirir ki, 1919-cu il mart ayının 7-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankının (mərkəzi bankın) təşkil edilməsi təklifi bəyənildi və onun nizamnaməsinin hazırlanması Maliyyə nazirinə tapşırıldı. Elə həmin il sentyabr ayının 16-da Azərbaycan parlamenti Maliyyə Nazirliyinin kredit şöbəsi tərəfindən hazırlanmış Azərbaycan Dövlət Bankının Nizamnaməsini qəbul etdi. 1919-cu il 30 sentyabr tarixdə isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı olmuşdu.
Azərbaycan Xalıq Cümhuriyyəti dövründə Azərbaycan hökuməti adından 1919-cu ilin əvvəllərində tədavülə buraxılan birinci kağız pul emissiyasına mənsub 100 manatlıq pul vahidinin bir neçə nüsxəsi, həmin ilin ortalarında buraxılmış 25 manat (I-VII seriyalı), 50 manat (I-XI seriyalı), 100 manat (I-VIII seriyalı), 250 manat (I-VII seriyalı) və 1920-ci ilin əvvəllərində dövriyyəyə daxil olmuş ən iri nominal - 500 manatlıq (I-IV seriyalı) pul vahidləri Azərbaycan Tarixi Muzeyində saxlanılır. Sonuncu “əskinasın” üzərində Azərbaycan Respublikasının və nominalın adı Azərbaycan, rus və fransız dillərində verilmişdir.
Pul nişanlarının emissiyası səlahiyyəti Dövlət Bankına mənsub idi. Bütövlükdə Xalq Cümhuriyyəti dövründə Azərbaycanda 2 milyard 345 milyon rubl məbləğində pul nişanları emissiya edilmişdir.
1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilmişdir. Burada əsas məqsəd uzun illər Rusiya kağız pullarına öyrəşən əhalinin hələ də dövriyyədə qalan Rusiya rubluna nisbətdə tədricən yeni milli Respublika puluna inancını qazanmaq idi. Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta-manatın beynəlxalq miqyasda tanınması ilə üzvi surətdə bağlı olmuşdur.
Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin o çağlarda beynəlxalq dil rolunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq pulların üzərində Respublikanın və nominalın adlarını fransız dilində verməyi lazım bilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin icazəsi ilə Bakı Bələdiyyə İdarəsi tərəfindən 1919-cu il avqust ayının 20-də hər biri 500 manat olmaqla yüz min ədəd və hərəsi əlli bilet olmaqla iki min seriyaya bölünmüş əlli milyon manatlıq uduşlu istiqraz buraxılmışdır. Biletlərin üzərində istiqrazın buraxılması haqda Qanundan iqtibas - uduşun miqdarı, qaydaları və müddəti (1920-1972) göstərilmişdir.
1920-ci il 28 aprel tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində ölkənin mövcud pul-kredit sistemi də məhv edildi.

Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |