Şrift:
Qulam Məmmədli-120
27.03.2017 [11:12] - Gündəm, DAVAMın yazıları
Kitabxana və arxivlərdən tanıdığım ziyalı - köhnə dost

Qulam Məmmədlini 25-30 il bundan qabaq Azərbaycanda ziyalıların çoxu tanıyırdı.M.F.Axundov adına Respublika Kitabxanasında.,Azərbaycan SSR EA əlyazmalar İnstitunda onula tez-tez rastlaşardım.Çoxlarını yaxşı tanımasa da,o,hamı ilə səmimi görüçər,hal-əhval tutardı.di.
Qulam Məmmədli maraqlı müsahib idi.Onu mətbuat rariximizin canlı ensiklopediyası hesab edərdik.Mübahisəli məsələlərdə həmişə onun fikri əsas sayılardı.
Bəlkə də Qulam Məmmədlini haqqında müasir öxuculara tanıtmaq üçün onun əl ilə yazdığı 2-3 səhifəlik tərcümeyi halın baxmaq da kifayət edərdi.Amma bunlar onu yaddaşlarda saxlamaq üçün ,Qulam Məmmədli obrazı üşün kifayət etmir.

Qulam Məmmədli-120



Qulam Məmmədlini ağlatdılar

1978-ci ilin mart ayının 6-da Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutu ilə Nizami adına Ədəbiyyat İnstitutu Qulam Məmmədlinin
1977-ci ildə Azərbaycan Dövlət Nəşriyyatının çap etdiyi "İmzalar" 120 səhifəlik kitaının müzakirəsini təşkil etmişdi. Tdbirin əsas təşkilatçısı Ədəbiyyat İnstitutu olsa da, müzakirə Dilçilik İnstitutunun direktoru professor M.Şirəliyevin otağında keçirilirdi.
Diribaş adamlar kabinetdə özlərinə yer tapa bilmişdilər.Yəqin ki,görüşün təşkilatçıları müzakirəyə bu qədər adamın toplaşacağını gözləmirdilər.Qapının ağzında dayanaraq içəriyə boylananlar da var idi.
Müzakirə çoz maraqlı keçdi.Bu da səbəbsiz deyildi.Qulam Məmmədli iki eimi-tədqiqat institutunun kollektivinin çoxdan görməli olduğu vacib bir işi təkbaşına yerinə yetirmişdi.Arxibləri ələk-fələk eləmiş,çoxların ağlına gəlmədiyi imzaları faktlarr əsasında müəyyənləşdirmişdi..(Şəxsən mən 49 ildir ki,bu kitaba müraciət edirəm).
Müzakirədə yaxşı,inadırıcı çıxışlarla bərabər, yersiz atmacalar da oldu.Məsələdən xəbərdar olmayan 2-3 nəfərin artıq-əskik danışdı.
Məmmədağa müəllim onlara göz ağartsa da,xeyri olmadı."Tənqdçilər" getdikcə çoxaldı,yersiz iddialar qocaman tədqiqatçını hövsələdən çıxardı.O,ayağa durub danışmaq istədi.Rəyasət buna imkan vermədi.Qulam Məmmədli ağlamsına-ağlamsına məslisə müraciətlə dedi:
--Yəni mən bir iş görməmişəm?
Müzakirəyə M.Şirəliyev yekun vurdu,.Professor tədqiqatşıya təşəkkür etdi,ona yeni uğurlar arzuladı.
Müzakirədən sonra mən avtoqraf almaq üçün evdən gətirdiyim "İmzala" kitabına bu aözləri yazdım:" 06 .03.1978-ci il tarixdə Ədəbiyyat İnstitutunda geniş müzakirə oldu,müəllifi ağlatdılar".
Təəssüf ki,indi belə canlı müzakirələr,müəllifi "ağladan" müzakirələr olmur.Kitab çapdan çöxmamış onun haqqında görməzə-biməzə yazılan rəylər heç kəsi utandırmır..

Əsrə bərabər ömrün səhifələri
Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra Bakı teatr texnikumunda oxumuşdur (1924-1926). Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır (1910-1914). Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir (1913-1919). Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor (1920-1921), Dövlət mətbəəsində mürəttib (1921-1923) olmuşdur. 1923-cü ilin iyun ayında Bakıya köçüb "III İnternasional" mətbəəsində mürəttib, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kəndli qəzeti"ndə redaktor müavini, "Azərbaycan kolxozçusu" qəzetinin redaktoru, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Yeni yol" qəzetinin redaktoru, "III İnternasional" mətbəəsinin sex müdiri, "Kommunist" qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur (1929-1941). İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınmışdır: Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan "Vətən yolunda" qəzetiredaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan "Vətən yolunda" qəzeti redaksiyasında müdir (1941-1946) vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri,"Kirpi" satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır. 1959-cu ildə fərdi təqaüdə çıxmış, ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi (1961-1969), Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini olmuşdur (1969-1975).
Ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi başlamışdır. Heyran xanımın, Mirzə Əli Möcüz Şəbüstərinin toplayıb tərtib etdiyi seçilmiş əsərlərini, "Bəxtiyarnamə"ni ilk dəfə 1945-ci ildə Təbrizdə çap etdirmişdir. "İran Azərbaycanının müasir şairləri" (1946), "Səttarxan" şeirlər toplusu (1948), "Mirzə Əli Möcüz" (1948), "Xiyabani" (1949), "Cənubi Azərbaycan şairləri" antologiyası (1950), "Heyran xanım" (1951), "Atmacalar" (1958-1961), "Əlağa Vahid. Seçilmiş əsərləri" (1975) və s. kitablar onun əməyinin bəhrəsidir. O, bunları toplayıb, tərtib edib nəşrə vermişdir.
Hələ 1934-cü ildə Maksim Qorki onun xalq sərvətinə qayğıkeş münasibətini bəyənmişdi. Ömrü boyu yanar ürəkli ictimaiyyətçi olmuşdur: "Bilik" cəmiyyətində ateizm elmi-metodik sovetinin sədri (1952-1981), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında mətbuat məsələləri heyətinin üzvü (1952-1983), Bakının Oktyabr rayonu xalq deputatları Sovetinin deputatı seçilmişdir (1935-1937). Azərbaycan KP MK nəzarət komissiyası rəyasət heyətinin üzvü (1928-1934), Azərbaycan KP MK plenumu üzvlüyünə namizəd olmuşdur (1934-1937).
Ümumittifaq səviyyəli ədəbiyyat və teatr tədbirlərində iştirak etmişdir. Ona "50 il" partiya veteranı nişanı verilmişdir. Ədəbi və ictimai fəaliyyətinə görə dörd dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, "Əmək veteranı" (1976) medalı və digər on medal ilə təltif olunmuşdur.
1994-cü il noyabrın 18-də Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
Qulam Məmmədli günahı özündə olan ziyalılardandır. Dünyadan kğçəndə 100 yaşına çatmağına cəmi üç il qlırdı.
Bu gün tədqiqatçılar Qulam Məmmədlinim 20-yə yaxın kitabından ensiklopedik mənbə kimi istifadə edirlər..Onlardan 3-4-ü siyasi dövrün siyası düşüncə tərzinin diqtəsi ilə yazılsa da,müxtəlif dəyərli cəhətlərdən də xali deyil.Qulam Məmmədli hər nəsnədən əvvəl mətbuat işçisi və salnaməçidir.Bu,gəlişi özəı söz deyil. Bu işdə ərəb əlifbalı yazımızı oxumaq vərdişi çox gərəklidir.
Qulam Məmmədlinin yazdıqlarının çoxu yazılmışlara əsaslanır.Ərəb əlifbalı elə söz var ki,onların yazılışı ilə fələffüzünü mütləq fərqləndirə bilməlisən.

Moskva Dövlət Universitetiin riyaqziyyat faküültəsini bitirən bir rəhbər işçi tanıyıram.Salam-kəlamımız var.Amma bu salam-kəlam onun hitqinə irad tutmağa imkan vermir.Deyilən sözün döşər-düşməzu ola bilər.Bir dəfə bunu söz arasında qulam müəllimə dedikdəo gülümsünərək dedi ki,bu sənlik deyil.Bu,artıq onun qanına keçib.Bir halda ki,"taleh" sözü ilə "tale"nı fərqləndirə bilmir,deməli o,doğrudan da bəxtəvər deyil,müqqəssirdir.Mən həmişə mənası mənə çətin görünən ərəb mənşəli söze "Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətində axtarmışam.Yeri gələndə bunu unudulmaz elmi rəhbərim professor Mirzə Rəhimovdan da ,Qulam Məmmədlidən də soruşmuşam.Görəsən,indi işimiz çətinə düşəndə belə məsələləri kiminlə məsləhətləşəcəyik?

Qulam Məmmədlinin dostları çox idi. Düşmənəri yox idi.Ondan qaçanlar var idi.Qorxurdular ki,yüksək titullarına görə Qulam müəllim onlara irad tuta bilər.Qulam müəllimin şəxsən və ya qiyabi tanıdığı yaşca özündən böyük dostlarına aid kitabları bunlardır

1. Molla Nəsrəddin (salnamə). Bakı: Azərnəşr, 1966, 564 səh

2.Molla Nəsrəddin (salnamə). II çapı. Bakı: Gənclik, 1984, 600 səh
3.Hüseyn Ərəblinski (salnamə). Bakı: Azəməşr, 1967, 290 səh.

4.Cahangir Zeynalov (salnamə). Bakı: Azərnəşr, 1968, 170 səh.
5.Üzeyir Hacıbəyov (albom kitab). Bakı: İşıq, 1975, 92 səh. (şərikl)

6.Üzeyir Hacıbəyov (salnamə). Bakı: Yazıçı, 1983, 550 səh.

7.Nəriman Nərimanov (salnamə). Bakı: Yazıçı, 1987, 357 səh.

8.Abbas Mirzə Şərifzadə. Bakı: İşıq, 1985, 242 səh.

9.Cavid ömrü.salnamə).Bakı.1982,200 səh.

Qulam Məmmədlinin teatr tariximizin güzgüsü olan əsərləri də böyük tədqiqatçılıq fəaliyyətinin gözəl nümunəsidir.

(Azərbaycan teatrının salnaməsi (I hissə). Bakı: Azərnəşr, 1974, 584 səh.
Azərbaycan teatrının salnaməsi (II hissə). Bakı: Yazıçı, 1983, 300 səh.)



Q.Məmmədlinin "İmzalar"( Bakı: Azərnəşr, 1977, 120 səh.) və ."Sizə kim lazımdır"( Bakı."Maarif" nəşriyyatı,1990) kitabları ədəbiyyatımızın və mətbuatımızın dərindən öyrənilməsinə xidmət edən ən uğurlu nəşrlərdəndir.Bunlar bütün ədəbiyyat,mədəniyyət,mətbuat tarixçilərinin çoxunun stolüstü kitablarıdır.





FACEBOOK dostlarının yazışmasından


-Telli Pənah qızının arzusu

Asif müellim, ne yaxşı ki, bu xatireni paylaşdınız. Qulam Memmedli bir elmi-tedqiqat institutunun göre bilmediyi işi tekbaşına gören neheng bir alim idi. Ancaq elmi titulu bele yox idi, sadece fedakar bir tedqiqatçı missiyasını yerine yetirmeyi ile fexr edir ve bununla qürur duyurdu. Bir defe soruşdum ki, Qulam müellim, elinizde bu qeder zengin material ve senedler ola-ola niye elmi ad almaq istemirsiz? Güle-güle dedi ki, men adımı ve elmi derecemi ele dahilerden almışam ki, bir parça kağıza ehtiyac duymuram!
Bax, bele böyük ürekli kişilerle müsahib olduq,



Bəndəniz də öz fikrində israrlıdır

Nazim Nəsrəddinov- :Telli xanım,salam.Qulam Məmmədliyə mən də bu sualı vermişdim.Onda ğözləri lap zəifləmişdi.Amma arxivlərdən əl çəkmirdi.Allah ona rəhmət eləsin.Elmlər namizədi,elmlər doktoru olmayan Qulam Məmmədli haqqında10 doktorluq dissertasiyası yazmaq olar.Bəlkə ölümündən sonra Qulam Məmmədliyə müdafiəsiz,kağız-kuğuzsuz fəxri elmlər doktoru dərəcəsi bağışlamaq olar.
Gəlin bu barədə fikirləşək..Dünya dağılmayacaq ki..
Bakı. 25.03.2017..

Professor Asif Rüstəmov öz qəti sözünü deyəsidir


Əziz Telli Penahqizi, hörmətli Nazim Nasraddinov,


Qulam Məmmədli haqqında rəyləriniz, isti münasibətiniz "mənim üçün çox dəyərlidir. Bu yazının geniş

variantını mətbuatda çap etdirmək niyyətindəyəm. Diqqətinizə çatdırım ki, 1966-cı ildə Azərbaycan Elmlər

Akademiyasının Prezidenti, akademik Zahid Xəlilov iki dəfə həm SSRİ Ali Attestasiya Komissiyasına, həm

də bu qurumun tabe olduğu SSRİ Ali və Orta İxtisas Təhsili nazirinə geniş təqdimatla müraciət edib Tarix

İnstitutunun elmi əməkdaşı Qulam Məmmədliyə müdafiə etmədən tarix elmləri namizədi elmi dərəcəsi

verilməsi haqqında iddia qaldırmış, təəssüf ki, EA prezidentinin əsaslandırılmış vəsatətinə Moskva laqeyd

qalmışdır (şübhəsiz ki, Qulam Məmmədlinin 1941-1945-ci illərdə Təbriz şəhərindəki milli ruhlu fəaliyyətini


Moskva unutmamışdır). "İmzalar" kitabının Ədəbiyyat İnstitutundakı müzakirəsi barədə ( 06 .03.1978)


Qulam müəllim mənə gileylə, ağrı ilə danışdı. Dedi ki, hamı məni lazım olduğundan daha çox tənqid etdi,


bununla işim yox. Məni yandıran odur ki, hər zaman yanıma gələn, evə zəng vuran, məndən məsləhər alan


və namizədlik müdafiə edən birisi də durub orada kitabı tənqid etdi."
__________________________________________
Belə-belə işlər,,Qulam müəllim......


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi, ,Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türkoloq.
Bakı.
27.03.2017.
Bu xəbər oxucular tərəfindən 980 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed