Şrift:
Mixail Qorbaçov siyasətə qayıtdı
19.04.2012 [14:14] - Siyasət
SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov Sosial-Demokrat partiyasını yenidən dirçəldəcəyini bəyan edib. Rusiya KİV-in verdiyi xəbərə görə, Qorbaçov bunu hakim rejimlə mübarizə aparmaq məqsədilə etdiyini deyir. Onun sözlərinə görə, ruslar hakim partiyanın dominantlığından beziblər və onlara nə isə yeni bir şey lazımdır: “Biz belə bir nəticəyə gəldik ki, alternativ rejim yaradılması məsələsini müzakirə edək”.

Qorbaçov qeyd edib ki, yeni siyasi qüvvənin əsas missiyası birləşmə olmalıdır. O, əminliklə vurğulayıb ki, sosial-demokratlar öz ətrafında çoxlu sayda müxalifətçini birləşdirə bilər, beləliklə də parlamentə düşmək üçün real şanslar olacaq. O, həmçinin bildirib ki, hələ ki, yeni yaranacaq siyasi qüvvənin başında olmaq istəmir.

Mixail Qorbaçov Rusiyanın Sosial-Demokrat partiyasına 2000-ci ildə sədrlik edib. Rusiya Federasiyasının Ədliyyə Nazirliyi 2007-ci ildə partiya sıralarının sayca az olmasını əsas gətirərək onu ləğv etmişdi.
Bu xəbər oxucular tərəfindən 1469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed