Şrift:
Ağciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub
27.03.2017 [16:20] - Gündəm, Sağlıq
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda kadr dəyişikliyi edilib. APA-nın xəbərinə görə, institutun direktoru Elcan Məmmədbəyov yaşla əlaqəli öz ərizəsi ilə işdən azad edilib.

Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmrinə əsasən Həqiqət Qədirova instituta yeni direktor təyin olunub.



Həqiqət Qədirova həm də Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının, eləcə də B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın üzvüdür.

Qeyd edək ki, Həqiqət Qədirova Respublika QİÇS-lə Mübarizə Mərkəzinə direktoru vəzifəsində çalışıb.
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed